Səmayə Həşimova: “Biz ailəlikcə bu medalın geri qaytarılmasını tələb edirik”
Tarix: 4-05-2021, 10:17
Baxılıb: 3 223
Google+ Paylaş
Tumblr Paylaş

Səmayə Həşimova: “Biz ailəlikcə bu medalın geri qaytarılmasını tələb edirik”

4-05-2021, 10:17

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə İranın Azərbaycandakı səlahiyyətli səfiri və ali dini lideri Ayətullah Seyid Əli Xamneinin nümayəndəsi general Polad Həşimovun ailəsini ziyarət edərək, xanımına və övladlarına Qasim Süleymani adına lövhəni və medalı təqdim edib.
Məlum təqdimat Azərbaycan cəmiyyəti tərəfindən heç də birmənalı qarşılanmayıb və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Həmçinin, ötən gün sosial şəbəkələrdə generalın anası Səmayə Həşimovanın “İranın Poladın adına verdiyi medal bizə lazım deyil. Oğlumun adından istifadə etməsinlər. Aidiyyəti qurumlardan medalı geri qaytarmaq üçün bizə kömək etmələrini tələb edirəm”, –  statusu paylaşılıb ki, bu da insanlar arasında fikir ayrılıqları yaradıb.
Avromedia.az bütün bunları nəzərə alaraq, məsələyə daha ətraflı aydınlıq gətirməsi üçün  mərhum generalın anası Səmayə Həşimova ilə əlaqə saxlayıb. Səmayə ana 30 ildə Ermənistanı maddi-mənəvi olaraq dəstəkləyən, hər il “erməni soyqırımı” abidəsini ziyarət edən, 44 günlük müharibədə bizə heç bir dəstək verməyən bir ölkəninin atdığı belə bir addımın səmimiyyətinə güvənmədiklərini bildirib: “Biz ölkəmizin yürütdüyü xarici siyaseti bütün gücümüzlə dəstəkləyirik. Son zamanlar bölgədə Azərbaycanın daha da guclənməsi bəzi daxili və xarici təxribat qüvvələrinin xoşuna gəlmir. Onlar ölkəmizdə sabitliyi pozmaq üçün bütün vasitələrə əl atırlar. Şəxsən biz bu medal təqdimatının  səmimiliyinə inanmırıq. Elə olsaydı, təqdimatda Azərbaycanın da rəsmi nümayəndələri və KİV-dən heç olmasa bir numayəndəsi iştirak edərdi”.
S.Həşımova onu da qeyd edib ki, belə bir təqdimat hətta sosial şəbəkələrdə insanlar arasında məzhəb mübahisələrinə qədər gətirib çıxarır ki, bu da xarici təxribat qüvvələrinin işinə yarıyır.  “Azərbaycan bölgənin ən tolerant və stabil ölkəsidir. Burada dinindən və məzhəbindən asılı olmayaraq bütün insanlar azaddır. Bu isə bəzi qüvvələrin xoşuna gəlmir. Və onlar hər vəchlə burada çaxnaşma yaratmağa çalışırlar. Ona görə də biz ailəlikcə bu medalın geri qaytarılmasını tələb edirik”.
“Poladın adını siyasi oyunlara alət etməsinlər. Mənim oğlum Vətənin bütövlüyü uğrunda şəhid olub, başqa bir ölkənin torpağında vurulmayıb”, – deyən Səmayə ana aidiyyəti qurumların tezliklə məsələyə aydınlıq gətirəcəklərinə əminliyini də bildirib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ