Aprel ayı üzrə pensiya, müavinət, təqaüd və kompensasiyaların ödənişi yekunlaşıb - FOTO
Tarix: 23-04-2021, 21:40
Baxılıb: 1 132
Google+ Paylaş
Tumblr Paylaş

Aprel ayı üzrə pensiya, müavinət, təqaüd və kompensasiyaların ödənişi yekunlaşıb - FOTO

23-04-2021, 21:40

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu aprel ayı üzrə pensiya, müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımının ödənişini təmin edib.
Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Bildirilib ki, aprelin 8-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, 15-də bölgələr üzrə, eləcə də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları, aprelin 22-də müavinət, təqaüd və kompensasiyalar, aprelin 23-də isə ünvanlı dövlət sosial yardımı üzrə ödənişlər vətəndaşların hesablarına köçürülüb.
Beləliklə, aprel ayı üzrə yuxarıda qeyd olunan ödənişlərin qrafikdən əvvəl həyata keçirilməsi təmin olunub.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ