FHN Şuşada maarifləndirmə tədbirlərini davam etdirir
Tarix: 23-04-2021, 18:42
Baxılıb: 3 494
Google+ Paylaş
Tumblr Paylaş

FHN Şuşada maarifləndirmə tədbirlərini davam etdirir

23-04-2021, 18:42

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) işğaldan azad olunmuş ərazilərimizdə, o cümlədən Şuşa şəhərində aparılan yenidənqurma işləri zamanı yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir.
Avromedia.az bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilrib.
Belə ki, 22 aprel 2021-ci il tarixində DYNX Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları Şuşa şəhərində yerləşən yaşayış binasında yenidənqurma işləri aparan müəssisənin əməkdaşları üçün yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbiri keçirib.
Tədbirdə müvafiq yanğın təhlükəsizliyi qaydaları, o cümlədən tikinti-quraşdırma, xüsusilə qaynaq və metalkəsmə işləri görülən zaman zəruri təhlükəsizlik tədbirləri barədə geniş məlumat verilib, suallar cavablandırılıb. Həmçinin, müəssisə əməkdaşlarına ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasının daim diqqətdə saxlanılmasının vacibliyi məsul şəxslərin nəzərinə çatdırılıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ