Dünyaya yeni mesaj: “Türk dövlətlərinin ordu komutanları 8 mayda Şuşada...”
Tarix: 22-04-2021, 20:18
Baxılıb: 1 133
Google+ Paylaş
Tumblr Paylaş

Dünyaya yeni mesaj: “Türk dövlətlərinin ordu komutanları 8 mayda Şuşada...”

22-04-2021, 20:18

“8 May Şuşanın işğalı günü olub. İşğal günü ilə bağlı Azərbaycan və Türkiyə tərəfindən Rusiya və bütün dünyaya,“baxın siz ərazilərimizi işğal etdiniz, amma biz 20-25 il sonra döndük və torpağımızı geri aldıq”  mesajı verilə və tədbir keçirilə bilər”.
Avromedia.az xəbər verir ki, bu barədə LAF TV efirində çıxışı zamanı Azərbaycan Yüksəliş Partiyasının başqanı  Anar Əsədli fikir səsləndirib: “AY partiya olaraq təklif edirik ki, mayın 8-də Şuşada Türk Dövlətləri Birliyinin müdafiə nazirlərinin, müstəqilliklərini əldə edəndən indiyədək Rusiyanın müstəmləkə siyasətindən əziyyət çəkən Gürcüstan, Ukrayna və Moldova, həmçinin bizə dost olan, daim haqlı savaşımızda yanımızda duran Pakistan və İsrailin ordu rəhbərlərini dəvət edib tədbir keçirmək olar. Eləcə də, bütün dünyaya 8 Mayı “biz savaş başlayarkən döyüşü uduzsaq da, illər sonra əzmlə qələbə qazana bilən xalq olduğumuzun” simvolu kimi göstərək. Bu tablodan sonra 9 Mayda Xankəndidə parad keçirmək istəyənlər bir daha düşünsünlər”.
Anar Əsədli əlavə edib ki, mayın 8-də diplomatları, həmin dost ölkələrin müdafiə nazirlərini Şuşaya aparmaq olar: “Onların da həmin tədbirdə dünyaya mesajı ola və bu mesajlar dünyaya yayıla bilər. Beləliklə də, “Türk dövlətlərinin ordu komutanları 8 mayda Şuşadadır” – mesajı vermək olar”.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ