Hüseynbala Mirələmov Ağsaqqallar Şurasından da ÇIXARILACAQ? - AÇIQLAMA
Tarix: 22-04-2021, 15:19
Baxılıb: 3 223
Google+ Paylaş
Tumblr Paylaş

Hüseynbala Mirələmov Ağsaqqallar Şurasından da ÇIXARILACAQ? - AÇIQLAMA

22-04-2021, 15:19

Sabiq deputat, 76 yaşlı Hüseynbala Mirələmovun yayılan qeyri-etik videosundan sonra sosial şəbəkə istifadəçiləri onun Ağsaqqallar Şurası üzvlüyündən çıxarılması barədə fikirlər səsləndirirlər.
İstifadəçilərin fikrincə, bu cür video ilə gündəmə gələn H.Mirələmovun Azərbaycanın ağsaqqalı kimi təqdim edilməsi düzgün deyil.
Modern.az H.Mirələmovun Ağsaqqallar Şurasında bundan sonrakı aqibəti haqqında məlumat almaq üçün qurumla əlaqə saxlayıb.
Şuranun sədr müavini, deputat Eldar İbrahimov sözügedən hadisənin Ağsaqqallar Şurasına aidiyyəti olmadığını vurğulayıb:
“Bəlkə bu haqda danışmayaq? Bu məsələnin Ağsaqqallar Şurasına aidiyyəti yoxdur. Mən Hüseynbala Mirələmovla yaxın olmuşam, dost olmuşam. Gəlin, bu məsələni məndən soruşmayın. O video sonradan düzəltmədir, montajdır. Zəlzələdən, vəlvələdən... olubdur...”.
Xatırladaq ki, məlum videonun səs-küy yaratmasından sonra Hüseynbala Mirələmov Azərbaycan Dövlət Neft və Sənaye Universitetində icra etdiyi kafedra müdiri vəzifəsindən azad olunub.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ