Qarabağda ilk radionu hansı şirkət açacaq? - RƏSMİ
Tarix: 7-04-2021, 14:09
Baxılıb: 3 221
Google+ Paylaş
Tumblr Paylaş

Qarabağda ilk radionu hansı şirkət açacaq? - RƏSMİ

7-04-2021, 14:09

Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib.
Qurumdan verilən məlumata görə, iclasda işğaldan azad olunmuş ərazilərdə radio yayımının təşkili məsələləri müzakirə olunub. Qarabağda yeni regional radio kanalının açılması üçün 102,7 MHs işçi tezliyinə elan olunan müsabiqənin nəticələri açıqlanıb.
Müsabiqə çərçivəsində yeddi iddiaçı Şuraya sənədlərini təqdim edib:
- “Real Təhlil İnformasiya Mərkəzi” MMC;
- “Caspian İnternational Broadcasting Company” MMC;
- “Balans Studiyası” MMC;
- “İNS ÇM” MMC;
- “İsti Press” MMC;
- “Azad Azərbaycan” Müstəqil Teleradio kompaniyası;
- “ARB 24” MMC.
Geniş müzakirələrdən sonra digər iddiaçılarla müqayisədə müxtəlif dillərdə yayım aparmaq üçün üstün imkanlara, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan “Caspian İnternational Broadcasting Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin (“CBC FM” radio kanalı) müsabiqənin qalibi elan olunması barədə qərar qəbul olunub.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ