Mayda bayramlarla əlaqədar 4 gün İŞ OLMAYACAQ
Tarix: 5-04-2021, 15:25
Baxılıb: 2 890
Google+ Paylaş
Tumblr Paylaş

Mayda bayramlarla əlaqədar 4 gün İŞ OLMAYACAQ

5-04-2021, 15:25

May ayında qeyri-iş günlərinin sayı məlum olub.
Avromedia.az-ın məlumatına görə, bu il 9 May – Faşizm üzərində qələbə günü bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 10 may qeyri-iş günü olacaq.
Nazirlər Kabinetinin 3 dekabr 2020-ci il qərarına əsasən, bu il 13 may (cümə axşamı) və 14 may (cümə) isə Ramazan bayramıdır. Həmin günlər də qeyri-iş günüdür.
Eyni zamanda 28 May – Respublika günü də iş günü hesab edilməyən bayram günüdür. Bu il mayın 28-i cümə gününə təsadüf edir.
Beləliklə, may ayında bayramlarla əlaqədar 4 gün iş olmayacaq.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ