Yas mərasiminin qarşısı alındı - DİN
Tarix: 3-04-2021, 21:36
Baxılıb: 1 142
Google+ Paylaş
Tumblr Paylaş

Yas mərasiminin qarşısı alındı - DİN

3-04-2021, 21:36

Aprelin 3-də Goranboy Rayon Polis Şöbəsinə (RPŞ) rayonunun Qaradağlı kəndində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avromedia.az-a verilən məlumata görə, polis əməkdaşları dərhal həmin kəndə gələrək yas mərasimini başlamadan dayandırıb. Mərasimi təşkil edilən şəxslər RPŞ-yə gətirilib.
RPŞ-dən həmin şəxslərlə izahedici-profilaktiki söhbətlər aparılaraq, pandemiya qaydaları barədə bir daha məlumat verilib. Məclisin təşkilatçısı İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ