Həbs edilən Rasim Quliyevlə bağlı MARAQLI FAKTLAR
Tarix: 3-04-2021, 15:20
Baxılıb: 1 638
Google+ Paylaş
Tumblr Paylaş

Həbs edilən Rasim Quliyevlə bağlı MARAQLI FAKTLAR

3-04-2021, 15:20

Xəbər verdiyimiz kimi, Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyev həbs edilib.
Avromedia.az xəbər verir ki, R.Quliyevi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları saxlayıblar.
Ona Cinayət Məcəlləsinin rüşvət alma, mənimsəmə, vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham verilib.
Binəqədi rayon Məhkəməsi tərəfindən R. Quliyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Baş Prokurorluğun Mətbuat xidməti faktı təsdiqləyib. Bildirilib ki, R.Quliyevin həbsi ilə bağlı yaxın vaxtlarda ictimaiyyətə ətraflı məlumat veriləcək.
Bəs Rasim Quliyev kimdir?
Modern.az-ın məlumatına görə, R.Quliyev 1970-ci ildə Naxçıvan MR-in Şahbuz rayonunda doğulub. Azərbaycan Neft Akademiyasını bitirib.
1992-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
1994-1996-cı illərdə AMEA Geologiya və Geofizika İnstitutunda mühəndis işləyib.
1996-2001-ci illərdə “Səs” qəzetində müxbir, siyasət şöbəsinin müdiri, baş redaktorun müavini, eyni zamanda Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında “Beynəlxalq əlaqələr və siyasi partiyalarla iş” şöbəsində təlimatçı işləyib və siyasi partiyaların Məşvərət Məclisində YAP-ı təmsil edib.
2000-ci ildə 29 saylı Səbail seçki dairəsinin sədri olub.
2001-ci il fevralın 13-dən Bakı Şəhər İcra Hakimiyyəti “Ərazi idarəetmə orqanları ilə iş” şöbəsinin müdiri, 2010-cu il yanvarın 6-dan 2018-ci il sentyabrın 20-nə kimi BŞİH Aparatının rəhbəri vəzifəsində çalışıb.
Həmin müddətdə ona dövlət qulluğunun müşaviri və dövlət qulluğunun baş müşaviri dərəcəsi verilib.
2015-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
BŞİH-nin Aparat rəhbəri vəzifəsindən çıxarılandan sonra – 2018-2019-cu illərdə Bakı Şəhər İcra Hakimiyyətinin Xarici Əlaqələr Departamentinin sədri işləyib.
Daha sonra yeni mer Eldar Əzizov onu Bakı Şəhər İcra Hakimiyyətindən uzaqlaşdırıb.
R.Quliyev 2019-cu ilin aprel ayından YAP Mərkəzi Aparatında işə təyin olunub.
O, Bakı Şəhər İcra Hakimiyyətində çalışdığı müddətdə keçmiş mer Hacıbala Abutalıbovun ən yaxın adamı saylılıb.
Rasim Quliyev “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyevin qardaşıdır.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ