Şuşada qəzalı vəziyyətdə olan binalar sökülür - VİDEO
Tarix: 3-04-2021, 14:11
Baxılıb: 2 496
Google+ Paylaş
Tumblr Paylaş

Şuşada qəzalı vəziyyətdə olan binalar sökülür - VİDEO

3-04-2021, 14:11

İşğaldan azad edilmiş Şuşa şəhərində bərpa və yenidənqurma tədbirləri davam etdirilir.
Avromedia.az xəbər verir ki, işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzdən Azərtac-a verilən məlumata görə, işlər Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən aparılır.
Hazırda şəhərsalma prinsiplərinə uyğun olaraq bərpa və yenidənqurma işlərinin layihələndirilməsi üzərində iş aparılır. Həmçinin şəhərdə yaşayış üçün yararsız, istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan bəzi binaların sökülməsi də həyata keçirilir.
Qeyd edək ki, sözügedən söküntü işləri ilə bağlı sosial şəbəkələrdə görüntülər də yer alıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ