Ağsuda yas mərasimi - 7 nəfər barəsində qanunamüvafiq tədbirlər görüldü
Tarix: 3-04-2021, 11:09
Baxılıb: 1 635
Google+ Paylaş
Tumblr Paylaş

Ağsuda yas mərasimi - 7 nəfər barəsində qanunamüvafiq tədbirlər görüldü

3-04-2021, 11:09

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları xüsusi karantin rejimi ilə əlaqədar keçirdikləri reydlər zamanı Növcü kəndi ərazisindəki fərdi yaşayış evində yas mərasiminin keçirildiyini aşkar ediblər.
DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan Avromedia.az-a verilən məlumata görə, həmin ünvana baxış keçirilən zaman sanitar-gigiyena və karantin qaydalarının pozulduğu müəyyən edilib.
Ev sahibi və orada olan şəxslərlə izahedici söhbətlər aparılıb, qaydalara riayət etməyin vacibliyi bildirilib.
Polislər tərəfindən mərasimdə iştirak edən 7 nəfər barəsində qanunamüvafiq tədbir görülüb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ