“Hövsanlı Mayıl”ın qatilinə hökm oxundu - Lənkəranskinin adamıdır
Tarix: 2-04-2021, 14:22
Baxılıb: 4 902
Google+ Paylaş
Tumblr Paylaş

“Hövsanlı Mayıl”ın qatilinə hökm oxundu - Lənkəranskinin adamıdır

2-04-2021, 14:22

Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal avtoriteti qətlə yetirməkdə təqsirləndirilən Aslan Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Avromedia.az xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, A. Sadıqov 18 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il iyulun 2-də Suraxanı rayonu Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində 1979-cu il təvəllüdlü Mail Mustafayevin bıçaqlanaraq öldürülməsi barədə daxil olan məlumat əsasında prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
İstintaqla hadisənin zərərçəkmişin tanışı, 1989-cu il təvəllüdlü Aslan Sadıqov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Qətlə yetirilən Mail Mustafayev kriminal aləmdə “Hövsanlı Mayıl”, “Mayıl Naxçıvanski” kimi tanınıb.
O, əvvəllər dəfələrlə məhkumluq həyatı yaşayıb. M.Mustafayevin mərhum qanuni oğru Rövşən Lənkəranskinin yaxın adamlarından olduğu bildirilir. (APA)
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ