Kürdəmirdə minik və yük avtomobili toqquşub, xəsarət alan var Foto
Tarix: 1-04-2021, 21:21
Baxılıb: 1 131
Google+ Paylaş
Tumblr Paylaş

Kürdəmirdə minik və yük avtomobili toqquşub, xəsarət alan var Foto

1-04-2021, 21:21

Kürdəmir rayonunda yol qəzası baş verib.
“Report” xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “KamAZ” markalı yük maşınına hərəkətdə olarkən arxadan gələn “VAZ-2109” markalı avtomobil çırpılıb. Nəticədə VAZ-da olan sərnişin, 46 yaşlı Bakı sakini Həsənov Natiq Rəşid oğlu xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.


скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ