Dövlət xətti ilə kirayə verilən mənzillərin sayı məlum oldu
Tarix: 1-04-2021, 18:17
Baxılıb: 4 724
Google+ Paylaş
Tumblr Paylaş

Dövlət xətti ilə kirayə verilən mənzillərin sayı məlum oldu

1-04-2021, 18:17

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən verilmiş ipoteka kreditlərinin sayı və məbləği barədə məlumat verilib.
Avromedia.az-ın məlumatına görə, 2021-ci ilin əvvəlindən aprel ayının 1-nə fond 1 410 borcalana 97,2 milyon manata qədər ipoteka krediti verib.
Ümumilikdə isə bu günə qədər fond 32 min 872 borcalana 1 milyard 737 milyon 329 min 816 manat məbləğində ipoteka krediti verilib.
Fondun məlumatına görə, zəmanət və subsidiya mexanizmi ilə 231 milyon 270 min manat məbləğində kredit maliyyələşdirilib.
Vətəndaşlar 2020-ci ilin mart ayından etibarən yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi mexanizmi üzrə müraciət etməyə başlayıb və ümumi 671 mənzil satmaq öhdəliyi kirayəçilərin istifadəsinə verilib.
2021-ci ilin əvvəlindən aprel ayının 1-ə isə dövlət xətti ilə kirayəçilərə satmaq öhdəliyi ilə 258 mənzil təqdim edilib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ