Zərdabın Dəliquşçu kənd sakinləri Prezidentə müraciət etdilər: “Torpağımızı əlimizdən alıblar”
Tarix: 19-03-2021, 21:11
Baxılıb: 2 789
Google+ Paylaş
Tumblr Paylaş

Zərdabın Dəliquşçu kənd sakinləri Prezidentə müraciət etdilər: “Torpağımızı əlimizdən alıblar”

19-03-2021, 21:11

Zərdab rayon Dəliquşçu kəndinin sakinləri ölkə başçısı İlham Əliyeva müraciət ünvanlayıblar. Müraciətin sürəti isə Baş Prokuror Kamran Əliyevə, Ədliyyə naziri Fikrət Məmmədova və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbova göndərilinb.
Avromedia.az-a daxil olan müraciətdə Dəliquşçu kəndinin sakinləri sabiq Bələdiyyə sədri Allahverdi Qəhrəmanovun qanunsuz əməlləri barədə məlumat veriblər. Kənd sakinlərinin sözlərinə görə, sabiq Bələdiyyə sədri örüş üçün nəzərdə tutulan torpaq sahəsini qanunsuz olaraq mənimsəyərək, özünə sahibkarlıq subyektləri yaradıb:
Hörmətli Prezident!
Hörmətli Cənablar!
Sizə və səlahiyyətli orqanlara Zərdab rayon Dəliquşçu kənd sakinləri olaraq yazıb bildiririk ki, kəndin sabiq bələdiyyə sədri Qəhrəmanov Allahverdi heç bir sənədi olmadan, kənd camaatının təyinatı sırf örüş torpaq sahəsi sayılan 50 hektar yerini mənimsəyib və həmin örüş torpaqlarını böyük texnika ilə sürdürərək 20 hektar yonca və 20 hektar taxıl əkib. Eyni zamanda mişar daşından böyük ferma tikərək və balıq gölü yaradaraq öz xüsusi mülkiyyəti kimi istifadə edir. Cənab Prezident! Bu barədə siz başda olmaqla aidiyyatı orqanlara çoxlu sayda müraciətlər etmişik. Tədbir görülməsi üçün müraciətlər Ədliyyə Nazirliyində ərazi üzrə kurator vəzifəsində işləyən Seymur Nağıyevə göndərilib. O isə dövlət qanunlarını yox, öz şəxsi maraqlarını üstün tutub örüş yerini qanunsuz əkən, balıq gölü yaradan, mişar daşından böyük ferma inşa etdirən Allahverdi Qəhrəmanovun cinayətini ört-basdır edir. Həmin torpağın təyinatı örüş üçün nəzərdə tutulub. Örüş torpağının əkilməsi isə cinayət əməli hesab edilir.
Cənab Prezident! Zərdab rayonu Dəliquşçu kənd sakinləri adından sizə müraciət ünvanlayaraq xahiş edirik ki, bizim şikayətimizin obyektiv araşdırılması üçün göstəriş verəsiniz. Örüş torpaqlarını qanunsuz əkib becərmiş, balıq gölü yaratmış və böyük ferma inşa etdirmiş Allahverdi Qəhrəmanovun və onu himayə edən Göyçay Regional Ədliyyə İdarəsinin əməkdaşı Seymur Nağıyevin barəsində ciddi tədbirlər görülməsini aidiyyatı qurumlara tapşırasınız.
Zərdab rayon Dəliquşçu kənd sakinləri Cinayət Məcəlləsindən müvafiq bəndləri də müraciətə əlavə ediblər:  
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin  188.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma – səkkiz min manatdan, on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
188.2. Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
188.3. Bu Məcəllənin 188.1-ci və 188.2-ci maddələrində nəzərdə tutulmuş əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə – üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
188.4. Bu Məcəllənin 188.1-188.3-cü maddələrində nəzərdə tutulmuş əməllər: 188.4.1. təkrar törədildikdə;
188.4.2. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə – beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ