Fərdi uçot sistemində proseslərin tam elektronlaşmasına mane olan hallar aradan qaldırılır
Tarix: 19-03-2021, 15:40
Baxılıb: 3 220
Google+ Paylaş
Tumblr Paylaş

Fərdi uçot sistemində proseslərin tam elektronlaşmasına mane olan hallar aradan qaldırılır

19-03-2021, 15:40

“Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” qanuna və Əmək Məcəlləsinə dəyişiklik edilir.
Avromedia.az-ın məlumatına görə, bununla bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında bildirilib.
Qanun layihələrini Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin Əmək qanunvericiliyi sektorunun müdiri Ziya Qasımov təqdim edib.
O bildirib ki, ölkədə həyata keçirilən sosial islahatlar nəticəsində sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsində formalaşmış vahid sistemin fəaliyyəti müasir tələblər səviyyəsində təşkil olunub.
Z.Qasımov deputatların diqqətinə çatdırıb ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” qanunda ümumilikdə 10 əlavə və dəyişiklik nəzərdə tutulur.
Təklif olunan dəyişikliklər qəbul edildikdən sonra fərdi uçot sistemində proseslərin tam elektronlaşmasına mane olan hallar aradan qaldırılacaq, elektron pensiya sisteminin əhatə dairəsi genişlənəcək və qənaət edilmiş xərclər vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə yönəldiləcək.
Əmək Məcəlləsinə təklif olunan redaktə xarakterli üç əlavə və dəyişiklik də bu qanuna ediləcək dəyişikliklərdən qaynaqlanır.
Qanun layihələri birinci oxunuşda parlamentin plenar iclasına tövsiyə edilib.
Qeyd edək ki, Azərbaycan Prezidentinin 2018-ci il 5 sentyabr tarixli sərəncamına əsasən “e-sosial.az” internet portalı yaradılıb.
Bunun sayəsində bu gün hər bir vətəndaş özünə aid əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat növləri, torpaq-pay mülkiyyəti, əlillik, reabilitasiya, ödənilmiş məcburi dövlət sosial sığorta haqları və s. ilə bağlı məlumatları FİN nömrəsi ilə həmin internet portalı üzərindən əldə edə bilir.
Bu da şəhadətnamələrin kağız daşıyıcıda verilməsinin aktuallığını aradan qaldırır.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ