Deputatdan qiymət artımına etiraz: “Bəziləri bayramın gəlməsindən istifadə edir” - VİDEO
Tarix: 19-03-2021, 12:58
Baxılıb: 6 559
Google+ Paylaş
Tumblr Paylaş

Deputatdan qiymət artımına etiraz: “Bəziləri bayramın gəlməsindən istifadə edir” - VİDEO

19-03-2021, 12:58

Marketlərdə və bazarlarda məhsulların qiyməti çox sürətlə artır. 
Bunu “ARB 24”ün “İşgüzar səhər” verilişinə açıqlamasında millət vəkili Vahid Əhmədov deyib. 
O bildirib ki, bəzi məhsulların qiymətində ikiqat artım müşahidə edilir: 
“Yanacağın və suyun qiymətinə edilən dəyişiklikdən sonra məhsulların qiymətində artım olması gözlənilirdi. Amma bu artımlar adekvat olmalıdır. Dizelin qiyməti 30 faiz artıbsa, məhsulun qiymətində birdən-birə 1,5-2 dəfə artım tətbiq etmək olmaz. 
Bəziləri qarşıdan Novruz bayramın gəlməsindən istifadə edərək qiyməti daha da artırırlar. Bu səbəbdən süni qiymət artımı ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ciddi yoxlamalar aparıb, cərimələr tətbiq edir. Görünür ki, bəzi sahibkarlar bunu anlamaq istəmirlər”. 
Millət vəkili onu da qeyd edib ki, belə halların qarşısının almağın yolu Rəqabət Məcəlləsinin qəbul edilməsidir:
“Əli Məsimli də daxil olmaqla bir çox həmkarımla birlikdə 10 ilə yaxındır ki, bu qərarın qəbul edilməsini tələb edirik. Rəqabət Məcəlləsi bazarda azad rəqabət üçün şərait yaradır, inhisarçılığın və monopoliyanın qarşısını alır. Bundan başqa hökumətdən xahiş edirəm ki, qiymət siyasəti ilə bağlı müəyyən tədbirlər planı işlənib, hazırlansın”.


скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ