“Prezident təkcə 625 nəfəri yox, minlərlə insanı sevindirib” – Deputatlar əfv-dən danışdılar
Tarix: 18-03-2021, 20:47
Baxılıb: 4 168
Google+ Paylaş
Tumblr Paylaş

“Prezident təkcə 625 nəfəri yox, minlərlə insanı sevindirib” – Deputatlar əfv-dən danışdılar

18-03-2021, 20:47

Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzaladı. Bu dəfəki əfv sərəncamı 625 nəfərə şamil olundu. Prezident tərəfindən imzalanan əfv sərəncamı humanizm aktı, milli həmrəyliyin möhkəmlənməsinə yönələn addım kimi dəyərləndirilir.
Pin on Dünya azərbaycanlıları

Millət vəkili Sabir Rüstəmxanlı Avromedia.az-a açıqlamasında bildirib ki, hər bir əfv sərəncamı Azərbaycan dövlətinin humanist addımı və hüququn aliliyinə hörmətidir: “Əfv sərəncamı Azərbaycanda demokratik proseslərin inkişafı və ölkədə həyata keçirilən islahatların nəticəsidir. Bunu hər kəs alqışlayır. Əfv-lə bağlı məsələlər diqqətlə öyrənilir, Komissiya ərizələrə dəqiqliklə baxır. Bu proses davam edir. Yəni il boyu bu cür əfv sərəncamları olur. Əfvə düşən insanları təbrik edir, bu sərəncama görə ölkə başçısına təşəkkürümü bildirirəm”.
Çingiz Qənizadə: “Budəfəki əfv sərəncamı həm kəmiyyət, həm də keyfiyyət baxımından ən böyüyüdür”
Biz çox böyük, səs-küylü həbslərin şahidi olacağıq” – Çingiz Qənizadə | KONKRET
Millət vəkili Çingiz Qənizadə isə saytımıza açıqlamasında qeyd edib ki, ölkə başçısı Novruz bayramı qabağı 625 məhkum haqqında əfv sərəncamı imzalayıb. Onlardan 623 nəfəri tamamilə məhkumluqdan azad olunub, 3 nəfər ömürlük məhkumun isə cəzası azadlıqdan məhrumetmə ilə əvəzlənib: “Bu da azadlığın bir addımlığında olmaq deməkdir. Belə hesab edirik ki, budəfəki əfv sərəncamı həm kəmiyyət, həm də keyfiyyət baxımından ən böyüyüdür. Çünki 625 nəfəri əhatə edən belə bir əfv sərəncamı indiyə qədər olmamışdı. Doğrudur Prezident hər zaman insanlara sevinc bəxş edir. Budəfəki sərəncam isə xüsusilə qeyd olunmalıdır. Söhbət təkcə 625 nəfərdən getmir. Onların ailə üzvlərini, dost və qohumlarını da bu siyahıya əlavə etsək, cənab Prezidentin minlərlə insanı sevindirdiyini deyə bilərik. Hüquq müdafiəçisi olaraq Prezidentə təşəkkür edirəm. Hər zaman humanist olub və bu cür addımların gələcəkdə də davam etdiriləcəyinə inanıram”.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ