“166 Yükdaşıma və Logistika” şirkəti qazilərimizi Novruz Bayramı münasibətilə təbrik etdi
Tarix: 18-03-2021, 18:01
Baxılıb: 3 501
Google+ Paylaş
Tumblr Paylaş

“166 Yükdaşıma və Logistika” şirkəti qazilərimizi Novruz Bayramı münasibətilə təbrik etdi

18-03-2021, 18:01

Bayram ərəfəsində “166 Yükdaşıma və Logistika” şirkətinin rəhbərliyi müharibədə iştirak edən şirkət əməkdaşları ilə görüş keçirib. Tədbirin əvvəlində şirkət əməkdaşı şəhid Murad Məmmədovun timsalında bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Eyni zamanda, müharibədə iştirak etmiş əməkdaşlara göstərdikləri şücaətə görə kollektiv adından bir daha təşəkkür və minnətdarlıq bildirilib.
Sonra şirkətin direktoru Aqil Zeynalov öz çıxışında qeyd edib: 
“166 komandası olaraq var gücümüzü səfərbər edib dövlətimizin, Ali Baş Komandanımızın yanında olduq. Müzəffər ordumuz bu mübarizədə qələbə qazanaraq, düşmən işğalında olan torpaqlarımızı azad etdi. Biz fəxr edirik ki, bütün əməkdaşlarımızla çiyin-çiyinə olaraq onlara dəstəyimizi göstərə bildik”.
Onu da qeyd edək ki, “166 Yükdaşıma və Logistika” şirkəti müharibənin ilk günlərindən Azərbaycan Ordusunun yanında olaraq əlindən gələn dəstəyi göstərib. Döyüşlərin ilk günlərindən şirkət əməkdaşları ön və arxa cəbhədə qəhrəmancasına torpaqlarımızın azad olunması uğrunda mübarizə aparıb. Şirkət Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən mübarizə tədbirlərində və vətənpərvərlik ruhunun yüksək saxlanılması məqsədilə müxtəlif layihə və tədbirlər həyata keçirib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ