Azad olunan ərazilərə keçmək istəyən daha 3 nəfər SAXLANILDI
Tarix: 18-03-2021, 10:45
Baxılıb: 3 225
Google+ Paylaş
Tumblr Paylaş

Azad olunan ərazilərə keçmək istəyən daha 3 nəfər SAXLANILDI

18-03-2021, 10:45

Ağdam Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən işğaldan azad olunan, lakin minalardan tam təmizlənməmiş ərazilərə keçməyə cəhd göstərən şəxslər müəyyən edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan Avromedia.az-a verilən məlumata görə, Ağdam rayonunun işğaldan azad olunan ərazisinə nəzarət postlarından kənar yollarla daxil olmağa cəhd göstərən 3 nəfər saxlanılaraq RPŞ-yə gətiriliblər.
Araşdırmalarla onların Ağcabədi rayon sakinləri E.Quluzadə, N.Mamedov və E.Əliyev olmaları müəyyən edilib.
Adıçəkilən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ