Şuşada çəkilən məşhur fotonun müəllifi danışdı
Tarix: 1-03-2021, 14:42
Baxılıb: 5 631
Google+ Paylaş
Tumblr Paylaş

Şuşada çəkilən məşhur fotonun müəllifi danışdı

1-03-2021, 14:42

Son günlər sosial şəbəkələrdə geniş yayılan və Şuşanın azad edildiyi gün çəkildiyi bildirilən foto ilə bağlı rejissor Cavidan Şərifov məlumat yayıb.
C.Şərifov həmin şəklin müəllif hüquqlarının fotoqraf Zaur Mirzəyevə aid olduğunu bildirib.
“İdeya müllifi isə özüməm. Bu şəkil kapitulyasiya aktından sonra çəkilib, 11 noyabr 2020-ci ildə. İmzalanan sənədə baxmayaraq ordu birləşmələri hər hansı təxribatın qarşısını almağa hazır vəziyyətdə idilər. Düşmən tərəfindən hər şey gözləmək olardı.
Bu şəkil Şuşa şəhərinin altında Xankəndinə gedən yolda çəkilib. Bu igidlər isə Şuşanı düşmənlərdən təmizləyən igidlərdir. Hazırda bir film üzərində iş gedir və ən qısa zamanda bu filmdə çox maraqlı və igidlik nümunəsi olan səhnələrin şahidi olacaqsınız”, - rejissor vurğulayıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ