Məhkəmələr insanların hüququnu pozur... - Video
Tarix: 20-11-2019, 08:51
Baxılıb: 2 523
Google+ Paylaş
Tumblr Paylaş

Məhkəmələr insanların hüququnu pozur... - Video

20-11-2019, 08:51

Milli Məclisdə “Məhkəmə və hakimlər haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı çıxış edən millət vəkili Qənirə Paşayeva məhkəmə sistemindəki bir sıra problemlərdən danışıb.
Avromedia.az xəbər verir ki, bu gün ən ciddi məsələlərdən birinin məhkəmə-hüquq sistemindəki islahatlarla bağlı olduğunu vurğulayan Q.Paşayeva hər ay vətəndaşlarımızdan məhkəmədə pozulan hüquqlarının bərpası və onlara kömək göstərilməsi ilə bağlı onlarla məktub və müraciətlərin gəldiyini söyləyib.
“Məhkəmə və hakimlər haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsinin məhkəmə-hüquq sistemində islahatlara təkan verən önəmli dəyişikliklərdən biri olduğunu deyən millət vəkili qanun layihəsi və dəyişiklikləri dəstəklədiyini xüsusi vurğulayıb və məhkəmə-hüquq sistemində süründürməçiliyin, qeyri-şəffaf halların aradan qaldırılması məsələlərini özündə əks etdirən fərman imzaladığı üçün cənab ⅦPrezidentə təşəkkür edib.
Q.Paşayeva çıxışında bu gün vətəndaşın məhkəmə-hüquq sisteminə inamının güclənməsi üçün məhkəmə qərarlarının ədalətli və obyektiv olması qədər məhkəmə qərarlarının yerinə yetirilməsi mexanizmlərinin təkmilləşdirilməsi və işləkliyini də çox vacib adlandırıb. Millət vəkili məhkəmə qərarlarının icrası məsələsində həllini gözləyən problemlərin də aradan qaldılrılması istiqamətində ciddi addımlar atılmasına ehtiyac olduğunu deyib.
Bu gün alimentlərlə bağlı yüzlərlə məhkəmə qərarının icra olunmadığını, icrasında ciddi problemlər olduğunu vurğulayan Q.Paşayeva bu ciddi problemin xüsusi diqqətdə olmasının əhəmiyyətindən danışıb.
Q.Paşayeva rayonlarda fəaliyyət göstərən vəkillərin sayının az olması probleminə də toxunub, vəkillik institutunun güclənməsinin vacibliyini bildirib.
Millət vəkili, həmçinin, alternativ müstəqil ekspertizaların yaradılmasınının qanun layihəsində öz əksini tapmasının çox müsbət hal olduğunu vurğulayıb və bu dəyişikliyi böyük məmuniyyətlə dəstəklədiyini deyib. Bir sıra vətəndaşların məhkəmə-hüquq sahəsindəki şikayətləri arasında ekpertiza rəylərinə şübhə ilə yanaşmaların olduğunu vurğulayan millət vəkili müstəqil alternativ ekspertizaların yaradılmasının vətəndaşların bu istiqamətdə inamının güclənməsinə müsbət təsir göstərəcəyini bildirib.
Q.Paşayevanın çıxışının video-yazısını təqdim edirik:
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ