20 Yanvar gecəsi "Azadlıq" bu səsi yaymışdı - Video
Tarix: 20-01-2021, 08:00
Baxılıb: 4 031
Google+ Paylaş
Tumblr Paylaş

20 Yanvar gecəsi "Azadlıq" bu səsi yaymışdı - Video

20-01-2021, 08:00

1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıda törətdikləri qırğının dəhşətini həmin gecə xalq yazıçısı Yusif Səmədoğlunun tanınmış jurnalist Mirzə Xəzərə verdiyi müsahibəni dinləyərkən aydın təsəvvür etmək olur.
Avromedia.az xəbər verir ki, informasiya blokadasına alınan və beynəlxalq mediaya çıxmaq imkanlarından məhrum edilən Azərbaycan ziyalıları həmin gecə bu təcavüz aktı, sovet ordunun “sovet xalqına” divan tutmasını və qətliamlarını dünyaya yaymağa çalışırdılar. Ancaq telefonlar belə işləmirdi.
Həmin gecə - qətliam başlayandan az sonra Mirzə Xəzərə zəng etməyə fürsət tapan Yusif Səmədoğlu bunları deyə bilir və bu sözlər "Azadlıq" radiosunun canlı efirində yayılır:
- Mirzə, düz saat 12-də (gecə yanvarın 19-dan 20-nə gecə gecə, 00:00 nəzərdə tutulur) ordu başladı bilavasitə əmri yerinə yetirməyə. Saat yarımdı ki, şəhərdə atəş gedir, ordu bütün o küçəyə toplaşmış uşağa, böyüyə, qadına məhəl qoymadan qırır hamını...
- Danış Yusif, eşidirəm səni...
- Bu imperiya heç bir xalqa tam azadlıq vermək istəmir.
Mən xahiş edirəm, bu dediklərimi imkan daxilində nə qədər informasiya vasitəsi, radiostansiya varsa, ora ver!..
Sabah mən partbiletimi təhvil verirəm və mənim Kommunist Partiyası ilə artıq heç bir əlaqəm yoxdur. Mənə hər şey aydın oldu”.Kult.az
Daha ətraflı audioda...
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ