Məşhur oteldə ƏMƏLİYYAT-VİDEO
Tarix: 6-07-2020, 08:24
Baxılıb: 2 537
Google+ Paylaş
Tumblr Paylaş

Məşhur oteldə ƏMƏLİYYAT-VİDEO

6-07-2020, 08:24

Polis əməkdaşları "Fairmont Baku" otelində əməliyyat keçirir.
Avromedia.az xəbər verir ki, hazırda polis əməkdaşları karantini pozan şəxslərin kimliyini müəyyənləşdirir.
Əməliyyat davam etdirilir.
***
Əməliyyat zamanı karantin qaydalarını pozanlar müəyyən edilib və onlar saxlanılaraq cərimələnib.
Qeyd edək ki, sosial şəbəkələrdə "Fairmont Baku" otelinin müştərilərinin karantin qaydalarını pozduğu barədə görüntülər paylaşılıb.
***
Paytaxtın Səbail rayonunda otellərdən birində xüsusi karantin rejim qaydalarına əməl olunmayan, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan görüntülərlə bağlı müvafiq nəzarət-profilaktik tədbir keçirilib.
DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, Səbail RPİ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə yayılan görüntülərdə əks olunan şəxslər müvafiq polis idarəsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunub. Saxlanılan şəxslərin hər biri ilə profilaktik, izahedici söhbətlər aparılaraq onların diqqətinə çatdırılıb ki, bu əməllər ölkədə tətbiq olunan epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarına zidd olmaqla, insanların həyat və sağlamlığı üçün risk daşıyır. Onlar izahatlarında bu hərəkətlərindən səmimi peşimançılıqlarını ifadə ediblər.
Saxlanılan şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb ediliblər.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ