Başçı əl-ayağa düşdü: kartları “qaytarır”, maaşlar... - VIDEO
Tarix: 13-05-2020, 08:31
Baxılıb: 3 228
Google+ Paylaş
Tumblr Paylaş

Başçı əl-ayağa düşdü: kartları “qaytarır”, maaşlar... - VIDEO

13-05-2020, 08:31

Dövlət Təhlükəsizliyi Xidmətinin rayon icra hakimiyyətlərində apardığı uğurlu əməliyyatlar və rüşvətxorluq faktlarını aşkara çıxarması bəzi rayon başçılarında ciddi narahatlıq yaradıb.
Avromedia.az-a daxil olan məlumatda bildirilir ki, uzun müddətdir “ənənəvi qaydada” fəaliyyət göstərənlərdən biri də Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevdir.
Artıq V.İsayevin göstərişi ilə ictimai işə cəlb edilən şəxslərin kartlarının “qaytarılması” prosesinə başlanılıb. Qeyd edilir ki, ictimai işlərə cəlb edilən şəxslər Bərdə şəhər bələdiyyəsinə dəvət edilir və onlardan “izahat” da alınır. İzahatda isə sözügedən şəxslər “könüllü olaraq” bildirirlər ki, maaş kartları hər zaman “özlərində” olub, heç vaxt icra başçısının seyfində saxlanılmayıb.
Bu gülünc izahatın niyə alındığı və hansı qara gün üçün saxlanıldığı bəlli olmasa da, bu, Bərdə İH-nin ilk belə cəfəng “əməliyyatı” deyil. Bir müddət öncə İsmayıllı rayon icra başçısının karantin rejimini pozduğuna görə Prezident sərəncamı ilə töhmət almasının ardınca Bərdə icra başçısının onlayn konfransa tibbi maska ilə çıxması birmənalı qarşılanmamışdı. Onlayn konfrans zamanı tibbi maskadan istifadə tələb etməsi başçını gülüş hədəfinə çevirmişdi.
Müəllimlərin maaşı kəsildi
Bərdə rayonu ilə bağlı daha bir məlumat isə orta məktəb müəllimlərinin maaşının kəsilməsidir. Rayondakı mənbənin verdiyi məlumata görə, DTX-nın ciddi əməliyyatlarına baxmayaraq, Bərdə məktəblərində müəllimlərdən pul yığılması bu ay da davam edib. İddia olunur ki, müəllimlərə onsuz da işləmədikləri, onlayn dərs keçmək imkanlarının da məhdud olduğu bildirilərək, maaşlarının 10 faiz tutulmasına "şükür etmələri” olduqları bildirilib.
Yevlaxda əzəmətli villa
Daha bir maraqlı məqam Bərdə icra başçısının Yevlaxdakı evi ilə bağlıdır. Qeyd olunur ki, icra başçısı Yevlaxda yerləşən mülkünün böyür-başındakı evləri alaraq, həyətinə qatıb və villasının əzəmətini artırıb.
Yevlaxdakı mənbəmizin sözlərinə görə isə V.İsayevin alıb villasına daxil etdiyi ev sürücüsünə məxsusdur. Belə ki, V.İsayev sürücüsünün evindən bir neçə dəfə baha qiymətə - 50 minə kənarda ev alıb və onu sürücüsünə bağışlayıb. Əvəzində isə villasının arxasında yerləşən sözügedən evi öz həyətinə birləşdirib.
Balıq vətəgələri
Yevlax-Bərdə yolunun üstündə hazırda yerləşən balıq vətəgələrinin də V.İsayevə aid olduğu iddialar sırasındadır.
Bildirilir ki, vaxtilə həmin ərazilərdə qaçqın və məcburi köçkünlər məskunlaşıb. Daha sonra dövlət proqramı əsasında onlara mənzillər inşa olunub və məcburi köçkünlər həmin mənzillərə yerləşdirilib. Boşalan əraziləri isə V.İsayev qohumlarının adına sənədləşdirərək, orda “balıq sənayesi” qurub.
20 Yanvar abidəsini məhv etdi
Saytımıza daxil olan məlumatda həmçinin o da bildirilib ki, icra başçısı Bərdənin mərkəzindəki 20 Yanvar abidəsini götürüb, yerini isə torpaqla dolduraraq, qayınının adına sənədləşdirib.
Faktlarla bağlı sözügedən qurumlara sorğu göndərilib.Axar.az
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ