Məktəblər təcili bağlandı, Səhiyyə Nazirliyi XƏBƏRDARLIQ EDİR
Tarix: 23-12-2019, 17:03
Baxılıb: 1 638
Google+ Paylaş
Tumblr Paylaş

Məktəblər təcili bağlandı, Səhiyyə Nazirliyi XƏBƏRDARLIQ EDİR

23-12-2019, 17:03

İranda havanın çirkliliyi həyatı iflic edib.
İranın Tehran vilayətinin Dəmavənd və Firuzkuh rayonları istisna olmaqla, Şərqi və Qərbi Azərbaycan daxil, bütün məktəblərdə 26 dekabra qədər tətil elan olunub.
Səhiyyə Nazirliyi xüsusilə, ürək-damar xəstələrinə, müəyyən yaş kateqoriyasına daxil səhhətində problem olan vətəndaşlara qapalı məkanlardan çıxmamağı tövsiyə edib.
Qeyd edək ki, paytaxt Tehran dünya miqyasında hava çirkliliyi siyahısında ilk 12 şəhər arasındadır.
Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, hər kubmetrə düşən 25 mikroqram çirkli hissəcik hava çirkliliyində ən üst səviyyədir. Buna PM 2,5 sərhədi deyilir. 100-dən çox faiz göstəricisi səhhətə zərərli, 250-dən artıq isə xəbərdarlıq kimi dəyərləndirilir.
Hazırda Tehranda bu rəqəm 158-dir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ