Tələbələr təhsil haqqını ödəməlidir?
Tarix: 21-05-2020, 12:42
Baxılıb: 2 679
Google+ Paylaş
Tumblr Paylaş

Tələbələr təhsil haqqını ödəməlidir?

21-05-2020, 12:42


“Cəmiyyətdə pandemiyanın təhsil sisteminə təsiri barədə fikirlər birmənalı deyil”.


Bu sözləri deputat Etibar Əliyev deyib.


O bildirib ki, pandemiya ali məktəblər qarşısında 3 problem yaradıb:


“Birincisi, mövcud vəziyyəti nəzərə almaqla təhsil prosesini təşkil etmək və keyfiyyətli təhsilə nail olmaq. İkincisi, virtual məkanda işləmək bacarığı olmayan müəllimlərə dəstək durmaq. Üçüncüsü isə çıxılmaz vəziyyətlə üzləşən tələbələrə dəstək olmaq. Distant təhsil ətrafında geniş imitasiyalar mövcuddur. Bütün universitetlər və tələbələrlə bağlı universal qərar qəbul etmək mümkün deyil. Bütün dünyada belədir. Tələbələrin distant təhsilin keyfiyyətinə verdiyi qiymət fərqlidir. Ali məktəblər prosesi fərqli şəkildə həyata keçirirlər. Universitet var ki, günə 900 distant dərs təşkil edə bilir. Təhsil Nazirliyi və müstəqil ekspertlər təhsilin bu növünü yetərincə yüksək səviyyədə təşkil edənləri və edə bilməyənləri aşkar etməlidir.


Sual yaranır ki, ali məktəblər distant təhsilə keçdikləri zaman təhsil haqlarına baxılmalıdırmı? Ali məktəblərin yeganə gəlir mənbəyi olan təhsil haqlarının 83-85 faizi əmək haqlarına sərf olunur. Bu il dövlət sifarişli yerlər 16 000 nəfər artırılıb. Ödənişli təhsil alan tələbələr də təhsil nailiyyətlərinə görə təqaüd alırlar. Nazirlər Kabinetinin “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərarı 20 mindən artıq tələbəni əhatə edir. Qərarın icrası üçün dövlət büdcəsindən 40 milyon manat maliyyə vəsaiti ayrılıb. Bütün bunlar tələbələr üçün yüksək güzəştlərdir”.

E.Əliyev karantin müddətində müəllim və həkimlərin göstərdiyi fədakarlıqdan da danışıb:


“Ali məktəb rəhbərləri də pandemiyanın tələbələrin təhsilinə təsirini yumşaltmaq məqsədilə müxtəlif güzəştlər həyata keçirir. Bununla yanaşı biz müəllimləri də düşünməliyik. Pandemiya dövründə ən böyük fədakarlığı həkimlər və müəllimlər etdilər. Lakin həkimlər illər ərzində gördüyü işi, müəllimlər isə heç vaxt görmədikləri yeni işi etdilər - distant dərslər apardılar.

Təhsilin bütün pillələrində çalışan müəllimlər bu dövr ərzində müxtəlif vasitələrlə dərs deməyə çalışdılar. Əlbəttə ki, bilik qazanmaq istəyi olan tələbələrin böyük hissəsi bundan bəhrələndi. Tələbələrin kursdan-kursa keçmələri məsələsində problem yaradılmamalıdır. Distant təhsilin təşkili ənənəvi təhsildən qat-qat çətindir. Buna görə də tələbələr və valideynlər təhsil haqlarının ödənilməsinə anlayışla yanaşmalıdırlar. Bu yük dövlətin üzərinə düşməməlidir. Onsuz da tələbələrə təhsil haqlarının hissə-hissə ödənilməsinə imkan verilir. Dövlətin dəstəyi ilə vətəndaşın dəstəyi uzlaşmalı və vəhdət təşkil etməlidir. “Birlikdə güclüyük” paradiqması isə bunun fəlsəfəsini təşkil etməlidir.

Nəzərə almaq lazımdır ki, elə ali məktəblər var ki, plan yerləri 70-80 faiz dolub. Bunun özü də müəllimlərin əmək haqqının ödənilməsində ciddi problemlər yaradırdı”.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ