Təqaüd alanlarla bağlı yenilik
Tarix: 20-05-2020, 13:36
Baxılıb: 2 648
Google+ Paylaş
Tumblr Paylaş

Təqaüd alanlarla bağlı yenilik

20-05-2020, 13:36


Təqaüd alanların siyahısı imtahan sessiyasından sonra müvəffəqiyyətli nəticə əldə edən tələbələrin əsasında yaradılırdı. Bu qərardan sonra təqaüd siyahısı imtahan sessiyasından dərhal sonra yox, yeni tədris ili başlayana qədər tərtib olunacaq.

Bu barədə Təhsil Nazirliyinin sektor müdiri Yaşar Ömərov Nazirlər Kabinetinin ötən gün verdiyi “Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” Qərarının Təhsil Nazirliyinin aidiyyəti strukturlarının nümayəndələri tərəfindən təşkil edilən videokonfransında danışıb.

O bildirib ki, vaxtın bu qədər uzadılmasının səbəbi var: “Əgər hər hansı tələbə imtahan sessiyasında iştirak etməyibsə və təqaüdə iddialıdırsa, o, müraciəti əsasında icmal dərslərində iştirak edə bilər. Həmçinin, təkrar imtahanlara girən tələbələrin də göstəriciləri gözləniləcək və bütün imtahanlar yekunlaşandan sonra təqaüd siyahısı hazırlanacaq”

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ