BU ABİTURİYENTLƏR birinci mərhələ üzrə imtahan verməyəcək
Tarix: 12-05-2020, 14:30
Baxılıb: 1 850
Google+ Paylaş
Tumblr Paylaş

BU ABİTURİYENTLƏR birinci mərhələ üzrə imtahan verməyəcək

12-05-2020, 14:30

2019-cu ildə keçirilmiş qəbul imtahanlarının birinci mərhələsinin nəticəsi əsasında bu il ali təhsil müəssisələrinin V ixtisas qrupu üzrə müsabiqəsində iştirak etmək mümkün olacaq.
"2020-2021-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu qaydaları"nda qeyd edilir ki, Azərbaycanın tam orta təhsil müəssisələrini cari ildə bitirən abituriyentlər birinci mərhələ üzrə imtahan vermirlər və müsabiqədə buraxılış imtahanında əldə etdikləri nəticələr əsasında iştirak edirlər.
2019-cu ildə keçirilmiş qəbul imtahanlarının birinci mərhələsinin nəticəsi 2 il qüvvədə olduğundan abituriyent cari il üzrə müsabiqə şərtlərini ödədiyi halda həmin nəticə əsasında cari tədris ilində ali təhsil müəssisələrinin V ixtisas qrupu üzrə keçirilən tələbə qəbulu müsabiqəsində iştirak edə bilər. Lakin abituriyentin I-IV ixtisas qrupları üzrə müsabiqəyə buraxılması üçün cari ildə qəbul imtahanının ikinci mərhələsində iştirakı zəruridir. Qeyd olunanları nəzərə alaraq, 2019-cu ildə qəbul imtahanının I mərhələsində (buraxılış imtahanında) iştirak edən abituriyent cari ildə qəbul imtahanının I mərhələsində iştirak etməyə bilər. Bu zaman həmin abituriyentin qəbul imtahanının I mərhələsindəki nəticəsi kimi ötənilki imtahanın nəticəsi əsas götürülür.
Abituriyent öz istəyinə uyğun olaraq, müsabiqədə iştirak etmək üçün müəyyən edilən müddətdə imtahana buraxılış vərəqəsini çap edərək cari ildə yenidən qəbul imtahanının birinci mərhələsində iştirak edə bilər. Bu zaman abituriyent müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini ixtisas seçimi zamanı özü müəyyən edir.
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqədə iştirak etmək üçün tələb olunan qabiliyyət imtahanının nəticəsi yalnız abituriyentin imtahan verdiyi il qüvvədə olduğu üçün belə ixtisaslara qəbul olunmaq istəyən abituriyentlər cari ildə keçirilən müvafiq qabiliyyət imtahanlarında iştirak etməlidirlər.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ