Sənəd qəbulu ilə bağlı qaydalar dəyişdi
Tarix: 11-05-2020, 20:17
Baxılıb: 1 796
Google+ Paylaş
Tumblr Paylaş

Sənəd qəbulu ilə bağlı qaydalar dəyişdi

11-05-2020, 20:17

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün verdikləri sənədləri onlayn qaydada təsdiq edə bilməyən abituriyentlər elektron növbə əsasında Sənəd Qəbulu Komissiyalarına müraciət edəcəklər.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) şöbə müdiri Nigar Hüseynova deyib.

Onun sözlərinə görə, mayın 12-dən başlayaraq iyunun 5-dək ali məktəblərə və 11 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə onlayn qaydada sənəd qəbulu aparılacaq. Mayın 25-dən sonra sənədlərini onlayn qaydada təsdiq etdirə bilməyən abityuriyentlər Sənəd Qəbulu komissiyalarına müraciət edə biləcəklər:

"Amma abiturieyntlər bunun üçün mayın 18-dən başlayaraq, elektron növbə sistemi ilə növbə götürməlidirlər. Onlar bu növbə sistemi əsasında Dövlət İmtahan Mərkəzinin inzibati binalarından birinə yaxınlaşacaqlar. Kimə hara rahatdırsa, orada sənədlərini təqdim edə biləcək. Amma sənədlərini onlayn qaydada təsdiq edə bilməyən abituriyentlərin sayı az olur. Onların əksəriyyəti sənədlərini onlayn qaydada təsdiq edə bilir"

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ