“Məktəblərin açılması real görünmür” - Nazir müavini
Tarix: 30-04-2020, 14:51
Baxılıb: 1 967
Google+ Paylaş
Tumblr Paylaş

“Məktəblərin açılması real görünmür” - Nazir müavini

30-04-2020, 14:51

“Təhsil sahəsi ən geniş, əhatəli olduğuna görə, yəqin ki, karantin dövründə ilk açılan müəssisələrdən olmayacaq”.
Bu sözləri Təhsil Nazirinin müavini Məhəbbət Vəliyeva Yeni TV-yə açıqlamasında deyib.
Bildirib ki, pandemiya sadəcə Azərbaycanın yox, dünya təhsil sisteminə öz mənfi təsirini göstərib:
“1 milyon 600 min şagird, 100 minə yaxın tələbə, təhsil işçiləri tədrisdən kənarda qaldı. Hər bir ölkə vətəndaşı bu təhlükəni yaxşı başa düşür. Biz uşaqlarımızın sağlamlığını düşünməliyik. Təhsil müəssisələrinin nə vaxt açılacağı ilə bağlı sual hamını düşündürür. Dərs ili ay yarımdan sonra yekunlaşmaq üzrədir. Sadəcə olaraq bunu qeyd edə bilərəm ki, indiki dövrdə yəqin ki, təhsil müəssisələrinin açılması haqqında danışmaq tezdir. Dərs ilinin sonuna qədər məktəblərin açılması real görünmür. Biz başa düşürük ki, sosial məsafənin qorunması məktəbdə çox çətin olacaq. Uşaqların sağlamlığını qorumaq üçün bu, real görünmür”.
O qeyd edib ki, əgər tədris proqramları bu və ya digər formada şagirdlərə çatdırılırsa, burada dərs ilinin uzadılmasına heç bir zərurət qalmır: "Yəqin ki, dərs ili öz vaxtında yekunlaşacaq".
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ