Özəl məktəblər təhsil haqqını belə alacaq - RƏSMİ
Tarix: 27-04-2020, 18:19
Baxılıb: 1 660
Google+ Paylaş
Tumblr Paylaş

Özəl məktəblər təhsil haqqını belə alacaq - RƏSMİ

27-04-2020, 18:19

Müxtəlif üsullardan istifadə etməklə dərs mövzuları onlayn olaraq şagirdlərə çatdırılır. 50 minə yaxın müəllim "Virtual məktəb" layihəsində şagirdlərə dərsləri tədris edir.
Bunu Təhsil naziri Ceyhun Bayramov Operativ Qərargahın brifinqində deyib.
"Proqramın tədrisinə əsasən geriləmənin həcmi müəyyən edilə bilər. Növbəti ilin dərs proqramı isə daha sonra hazırlana bilər", - nazir bildirib.
C.Bayramov əlavə edib ki, özəl məktəblər fərqli formatda, xüsusi platformalar üzərindən şagirdlərə onlayn tədrisi təşkil edirlər:
"Məlumatlara görə, onlar 100 faiz əhatəliyi tətbiq ediblər. Nəzərə alaq ki, özəl müəssisələrdə təhsil alanların sayı daha azdır.
Qeyd edim ki, özəl məktəblər bu məzmunu çatdırdıqları üçün təhsil haqqını tələb edə bilərlər. Əgər şagirdlərə dərs keçirilmirsə, təhsil haqqı tələb etmək düzgün deyil".
Nazir müavini Məhəbbət Vəliyeva əlavə edib ki, müəllimlər dərs ilinin əvvəlində proqram boşluqlarını doldurmaq imkanına malik olacaqlar.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ