Bu universitetdə dərslər davam etdiriləcək - Rektor AÇIQLADI
Tarix: 11-03-2020, 13:41
Baxılıb: 1 965
Google+ Paylaş
Tumblr Paylaş

Bu universitetdə dərslər davam etdiriləcək - Rektor AÇIQLADI

11-03-2020, 13:41

“Əziz UNEC (Azərbaycan Dövlət İqtisad Universiteti) tələbələri, koronavirusla bağlı zəruri tədbirlərin görülməsilə əlaqədar dərslərin müvəqqəti dayandırıldığını nəzərə alaraq təhsilin davamlılığının təmin edilməsi məqsədilə sabahdan UNEC-də bütün dərslər distant formada təşkil ediləcək”.
Bunu Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov sosial media hesabından açıqlayıb.
O bildirib ki, tətbiq ediləcək distant təhsil əyani təhsilin alternativi kimi düşünülüb: “Distant təhsilə qoşulmaq üçün mobil telefon interneti kifayətdir. Distant formada təşkil edilən dərslər müvafiq proqramla nəzərdə tutulmuş dərsləri əvəz edəcək. Sistemə qoşulan tələbə avtomatik olaraq elektron jurnalda "iştirak edir" kimi qeydiyyata alınır. Hər bir tələbə müəllimə distant dərs zamanı sual vermək imkanına malikdir. Müəllimin distant formada oxuduğu mühazirəsi avtomatik olaraq yazılacaq və hər bir tələbə həmin mühazirəni dərsdən sonra da dinləyə və görə biləcək. Dərs cədvəli və bununla bağlı ətraflı məlumat bu gün hər birinizin şəxsi kabinetinə göndəriləcək”.


Zскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ