Ən qədim yazılı abidəmiz Bombeydədir? - Açıqlama
Tarix: 7-11-2019, 15:14
Baxılıb: 1 127
Google+ Paylaş
Tumblr Paylaş

Ən qədim yazılı abidəmiz Bombeydədir? - Açıqlama

7-11-2019, 15:14

Azərbaycan ədəbiyyatının ən qədim yazılı abidəsinin VIII əsrdə yaşamış şairə Zibeydə Xatuna aid olması ilə bağlı məlumatlardan xəbərimiz var. Məsələ vaxtilə araşdırılıb.
Bu sözləri Avromedia.az-a açıqlamasında Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli deyib.
“Deyilənə görə, Zibeydə xanım Harun ər-Rəşidin (beşinci və ən məşhur Abbasi xəlifəsi) həyat yoldaşı olub. Amma onun əslən azərbaycanlı olması və Azərbaycan dilində yazıb-yaratması barədə yayılan informasiyalar öz təsdiqini tapmayıb. Nə qədər axtarsaq da, Zibeydə Xatunun Hindistanın Bombey şəhərində işıq üzü gördüyü deyilən “Ruzi Revşən” adlı kitabını əldə edə bilmədik”, - o bildirib.
Qeyd edək ki, Zibeydə Xatunun Hindistanın Bombey şəhərində işıq üzü görmüş “Ruzi Revşən” adlı kitabının Azərbaycan ədəbiyyatının ən qədim yazılı abidəsinin olması ilə bağlı iddialar gündəmə gəlib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ