Ermənilərlə bağlı jestin altında yatan gizli məqamlar
Tarix: 15-11-2019, 08:34
Baxılıb: 1 170
Google+ Paylaş
Tumblr Paylaş

Ermənilərlə bağlı jestin altında yatan gizli məqamlar

15-11-2019, 08:34

Respublikaçı senator Lindsi Qrem qondarma “erməni soyqrımın”ı bloklayıb. O, senatorun bütün palata tərəfindən qəbul olunan qətnaməni blok edə bilmək hüququndan istifadə edib.
“Biz Türkiyə dövlət başçısı və ABŞ rəhbəri ilə görüşüb, Suriyada qarşılaşdığımız problemlərlə bağlı müzakirələr apardıq. Ümid edirəm ki, Türkiyə və Ermənistan problemlərinin birgə həlli mümkündür”, - deyə Qrem bildirib.
ABŞ Prezidenti Donald Trampın həmfikiri kimi tanınan Qrem senatorlara müraciətlə deyib ki,  tarixi yenidən yazmaq lazım deyil. 
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Sabah”a açıqlamasında Qremin addımını Ağ Evin Türkiyəyə jesti kimi qiymətləndirib. Elxan Şahinoğlunun fikrincə, ABŞ-la Türkiyə S400 raketləri ilə bağlı məsələdə razılığa gələ bilsələr, o zaman “erməni soyqırımı” layihəsi Senatdan keçməyə bilər. “ABŞ Lindsi Qremin addımı ilə göstərdi ki, qondarma soyqırım layihəsi Senatdan keçməyə bilər. Lakin Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan da müəyyən addımlar atmalıdır. Bu sırada əlbəttə ki, S400 raketləri ilə bağlı məsələ öndə gəlir. 
Lakin mən ABŞ-la Türkiyənin S400 məsələsində razılığa gələcəyinə inanmıram. Çünki artıq raketlər alınıb, pulu da verilib. Aprel ayında isə S400 raketləri hərbi vəziyyətə gətiriləcək və ondan sonra güman ki, yenə ABŞ-la Türkiyə arasında qırılma nöqtəsi baş verəcək. Bu da o deməkdir ki, aprel-may aylarında qondarma soyqırım layihəsinin Senatdan da keçə bilməsi riskini artıracaq”, - deyə polotoloq bildirib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ