“Küsülü demokratlar”ın siyasi izdivacı nə vəd edir? Siyasi analiz
Tarix: 8-11-2019, 15:47
Baxılıb: 1 634
Google+ Paylaş
Tumblr Paylaş

“Küsülü demokratlar”ın siyasi izdivacı nə vəd edir? Siyasi analiz

8-11-2019, 15:47

Şəxsi ambisiyaların bu birliyin axırına çıxacağı şübhə doğurmur
Fəaliyyəti dövründə müxalifətin ən yaralı yerlərindən biri də birləşmək problemidir ki, hələ ki, bu ideyanın baş tutacağı inandırıcı görünmür. Problem ondadır ki, hərəsinin əlinin birinin cibində olduğu müxalifətin birləşməsi çoxlarının ac qalması ilə nəticələnə bilər. Elə bu səbəbdən də çətin vəziyyətə düşdükdə özlərinin təklif etdikləri birlikləri məhz özləri dağıtmaq məcburiyyətində qalırlar. Bu gün də dağıdıcı müxalifətin ən çox müzakirə etdiyi, daha doğrusu cəmiyyəti çiyrindirən  mövzulardan biri də "birlik" çağırışlarıdır. Xatırladaq ki, müxalifət tərəfindən bu "birlik" çağırışları dəfələrlə gündəmə gətirilib, siyasi ambisiyalar "dollar" yağışı ilə soyudulduqdan sonra tarixin arxivinə atılıb. Buradan aydın olur ki, "birlik" faktoru ac müxalifət üçün nə dərəcədə əhəmiyyətlidir. Ölkəmizdə maraqlarını təmin etmək niyətində olan antiAzərbaycan qüvvələrə isə belə "birliklər" hava-su kimi lazımdır.  Caynaqlarına  keçirdikləri "liderlərə" tapşırıqlarını verməklə Azərbaycanda xaos yaratmaq niyyəti güdən xarici siyasi dairələr təbii ki,  onları cibxərcliyi ilə təmin etməyi də unutmurlar. Elə bu səbəbdən də illərlədir ki, müxtəlif adlar altında yaradılan müxalifət birliklər qarşılarına qoyduqları pafoslu məqsəd və məramlarına çatmamış bir-birini əvəz etməkdədir. Hazırda növbəti "birlik" Müsavat Paryiyasının başqanı Arif Hacılının təşəbbüsü ilə baş tutan "dəyirmi masadır" ki, onun da tezliklə fatihəsi oxunacağı şübhəsizdir. Özü da bu fatihə kənar qüvvələr tərəfindən deyil, elə "masada" təmsil olunan "liderlər" tərəfindən oxunacaq. Sözügedən dəyirmi masada təmsil olunan AXCP sədri Əli Kərimli, AXP sədri Pənah Hüseyn, keçmiş səhiyyə naziri Əli İnsanov və ən nəhayət müxalifətin ən hiyləgər fiqurlarından hesab olunan İsa Qəmbərin şəxsi keyfiyyətləri, siyasi ambisiyaları hər kəsə bəllidir. Müxalifəti "tısbağa, qarğa, kəsəyən və ahu siyasəti" ilə böyrü üstə yıxan bu siyasətbazlar heç bir halda öz şəxsi maraqlarını güdaza vermək niyyətində deyillər.  
***
Sirr deyil ki, Müsavat Partiyasının belə bir təkliflə çıxış etməsi Arif Hacılının başqanlığı dövründə ölü siyasi quruma çevrilmiş təşkilatı reanimasiyadan çıxarmaq məqsədi güdür. Üstəlik partiyanın  qurultayından sonra Arif Hacılıya qarşı olan hücum və ittihamlar sıravi üzvlərin başını nə iləsə qarışdırmaq zərurəti yaratmışdı. Arif Hacılının başqanlığından sonra parçalanmaya məruz qalan partiya müxalifət cameəsində şərti olaraq "ikinci liqaya" düşüb. Partiyanın siyasi xətti ondan ibarətdir ki, mümkün qədər hakimiyyətin birbaşa zərbələrindən özünü qorusun, buna görə də sədrin, funksionerlərin tənqid üslubu və arealı xeyli korrekt olunub. Partiya Milli Şuranın sərt xəttindən məsafə saxlayır, bu da protest elektoratının müvafiq münasibəti ilə qarşılanır.İndi Müsavat rəhbərliyinə lazımdır ki, son illərdə aralarındakı məsafə kəskin artmış Milli Şura ilə bir müstəviyə qayıtsın. Bunun üçün isə mitinqlər, piketlər keçirmək, insanları aksiyalara cəlb etmək Müsavat Partiyasının gücündə deyil. Ən rahat və əlverişli variant dəyirmi masa ətrafında əyləşib boş-boşuna siyasi bəyanatlar verməkdir. Deməli, Arif Hacılı "birlik" təklifi ilə "iki dövşan vurmaq" niyyəti güdüb. Aralarında soyuq müharibə yaşanan AXCP sədri Əli Kərimli isə Müsavat Partiyasından belə bir  təklif aldıqda təbii ki, hansısa siyasi gediş etmək şansını qaçırmayıb. Heç şübhəsiz ki, onun ilk ağlına gələn fikir ondan ibarət olub ki, Müsavat Milli Şuraya alternativ yaradır. Bu isə təbii ki, AXCP sədri Əli Kərimlinin bu cameədəki vahid liderlik imkanlarını məhdudlaşdırmağa hesablanıb. Keçmiş səhiyyə naziri Əli İnsanovun bu formata daxil edilməsi Müsavat Partiyasının təşəbbüsüdür və iştirakçıların da buna etirazı olmayıb. Əlbəttə, partiya bu addımı atarkən narazı elektoratın daha geniş spektrdə mobilzasiya olunmasını əsas gətirə bilər. Amma arxada dayanan bir maraq aydın görünür: İnsanovun mənfi reputasiyasından gələn ictimai təpki daha çox müxalifətin öndə olan təşkilatına - Milli Şuraya və Əli Kərimliyə yönələcək. Bu hesablama özünü doğrultdu və müxalifət ətrafında gedən diskusiyalarda aparıcı istiqamət adı çəkilən təşkilatın və liderin tənqidindən ibarətdir. AXP sədri Pənah Hüseyn isə "harada aş, orada başdır". Təxribatçılıq, dağıdıcılıq qabiliyyəti yüksək olan AXP sədrinin dəyirmi masaya gəlişinin siyasi məqsədi olmasa da maliyyə maraqları şübhəsizdir. İndi cəmiyyəti maraqlandıran ən vacib suallardan biri ondan ibarətdir ki, bu "dəyirmi masada birləşənlər"in siyasi izdivacı nə qədər çəkəcək? Zarafat deyil, cəmiyyətdə radikal müxalifət liderləri kimi tanınan keçmiş və indiki partiya rəhbərləri bir araya gəlib. Mediada "küsülü demokrat" kimi ad çıxarmış İsa Qəmbərlə Əli Kərimli üz-üzə oturub, vaxtilə müxalifət təmsilçilərinin əsil-nəcabətini söyən Əli İnsanov indi onlarla siyasi ambisiya ortağına çevrilib, maddi və siyasi dəstəyini təklif edir. Başqa sözlə, bir vaxt Azərbaycan səhiyyəsini iflic vəziyyətinə salan, səhiyyəni sağalmaz xəstəliyə məruz qoyan keçmiş səhiyyə naziri Əli İnsanov indi dəyirmi masa təmsilçilərini əməliyyat etmək niyyətinə düşüb. Belə halda, başqa bir sual yaranır, əks qütblərə xidmət edən, müxtəlif mübarizə üsulları seçən, üstəlik siyasi ambisiyaları yaxalarını cıran bu şəxslərin siyasi izdivacından nə doğula bilər? Əslində bir fakt aydındır ki, sözügedən dəyirmi masa ətrafında əyləşən  radikal müxalifət nümayəndələrinin söykənmiş olduqları dəyərlər heç vaxt şəxsi ambisiyalarından o yana keçə bilməyib. Bu dəfə də şəxsi ambisiyaların bu birliyin axırına çıxacağı şübhə doğurmur.
Avromedia.az
N.SAFURA
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ