Onlar korrupsiyaya qarşı “savaşır” - SİYAHI
Tarix: 4-11-2019, 12:16
Baxılıb: 1 628
Google+ Paylaş
Tumblr Paylaş

Onlar korrupsiyaya qarşı “savaşır” - SİYAHI

4-11-2019, 12:16

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyinat olub.
Bununla bağlı müvafiq əmri Baş prokuror Zakir Qaralov imzalayıb. Əmrə əsasən, bu vəzifəyə Mürsəliyev Emin Ramiz oğlu təyinat alıb.
E.Mürsəliyev bundan əvvəl İdarənin Əməliyyat İdarəsinin rəisi işləyib. 
Qeyd edək ki, həmin İdarənin rəisi Kamran Əliyevdir.
Azərbaycanda korrupsiyaya qarşı mübarizə tədbirlərini təkcə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi həyata keçirmir.
Belə ki, 2004-cü ilin 3 martında Azərbaycanın Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası yaradılıb. Komissiya korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını həyata keçirir. Komissiyanın səlahiyyətləri isə Azərbaycan Respublikasının 2005-ci il 3 may tarixli qanunu ilə təsdiq edilmiş Əsasnamə ilə müəyyən olunur.
Komissiya 15 nəfər üzvdən ibarət tərkibdə təşkil edilir və fəaliyyət göstərir. Komissiyanın beş üzvü Prezident, beş üzvü Milli Məclis, beş üzvü isə Konstitusiya Məhkəməsi tərəfindən təyin edilir.
Komissiya öz fəaliyyətini qanunvericilik, icra və məhkəmə hakimiyyətləri ilə qarşılıqlı əlaqədə qurur.
Korrupsiyaya qarşı mübarizənin vəziyyəti barədə Azərbaycan Prezidentini, Milli Məclisi və Konstitusiya Məhkəməsini mütəmadi olaraq məlumatlandırır.
Komissiyanın fəaliyyətinə rəhbərliyi və işinin təşkilini Komissiyanın sədri həyata keçirir. Komissiyanın nəzdində daimi fəaliyyət göstərən Katiblik yaradılır.
Katiblik Komissiyanın iclaslarının keçirilməsi ilə bağlı təşkilati məsələlərin həll edilməsinə baxır.
Həmçinin, Komissiyanın müzakirəsinə çıxarılacaq məsələlər üzrə sənədlərin hazırlanması, kargüzarlıq və digər işlərin aparılması üzrə fəaliyyəti həyata keçirir.
Komissiyanın səlahiyyətlərinə aid edilmiş məsələlərə onun iclaslarında baxılır. Komissiyanın iclasları mütəmadi olaraq, lakin üç ayda bir dəfədən az olmayaraq keçirilir.
Komissiyaya sədrliyi Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev həyata keçirir.
Prezident tərəfindən komissiyaya üzv təyin olunan digər dörd şəxs isə aşağıdakılardır:
Vilayət Eyvazov - Daxili İşlər naziri
Şahin Əliyev - Prezident Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri
Fuad Ələsgərov - Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi – şöbə müdiri
Əli Nağıyev - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi.
Milli Məclis tərəfindən təyin olunmuş Komissiya üzvlərinin də adlarını təqdim edirik:
Ziyafət Əsgərov - Milli Məclis sədrinin birinci müavini
Əli Əhmədov - Baş nazirin müavini (üzv təyin olunanda deputat idi)
Lətif Hüseynov - Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi
Əli Hüseynli - Milli Məclisinin deputatı
Bəxtiyar Əliyev – Milli Məclisin deputatı
Konstitusiya Məhkəməsi tərəfindən təyin olunmuş Komissiya üzvləri isə aşağıdakı şəxslərdir:
Fərhad Abdullayev - Konstitusiya Məhkəməsinin sədri
Fikrət Məmmədov - Məhkəmə Hüquq Şurasının sədri, Ədliyyə naziri
Zakir Qaralov - Azərbaycanın Baş prokuroru
Ramiz Rzayev - Ali Məhkəmənin sədri
Kamal Cəfərov - Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Katibi
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ