Artur Rasizadə hələ də komissiya sədridir
Tarix: 4-11-2019, 09:57
Baxılıb: 1 126
Google+ Paylaş
Tumblr Paylaş

Artur Rasizadə hələ də komissiya sədridir

4-11-2019, 09:57

Keçmiş Baş nazir Artur Rasizadə İslah-əmək Müəssisələrinin və İstintaq Təcridxanalarının İşinin Təkmilləşdirilməsi Sahəsində Kompleks Tədbirlərin Həyata Keçirilməsi üzrə Prezident yanında Komissiyanın sədri olaraq qalır.
Avromedia.az-ın məlumatına görə, Prezident Administrasiyasının saytındakı Azərbaycan Respublikasının Prezidenti yanında yaradılmış Komissiya və Şuralar bölməsindəki siyahıda Artur Rasizadənin adı hələ də qalır.
Adıçəkilən komissiya 1999-cu ilin 11 fevralında o zamankı Prezident Heydər Əliyevin fərmanı ilə yaradılıb.
Qeyd edək ki, A.Rasizadə 1996-cı il iyulun 20-də Baş nazir postuna gətirilib.
O, 2018-ci il aprelin 21-nə qədər bu vəzifədə qalmaqla, ən uzunmüddətli Baş nazir kimi Azərbaycan tarixinə adını yazdırıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ