İlham Əliyev Sudan prezidenti ilə görüşdü
Tarix: 26-10-2019, 23:24
Baxılıb: 326
Google+ Paylaş
Tumblr Paylaş

İlham Əliyev Sudan prezidenti ilə görüşdü

26-10-2019, 23:24

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Abdul-Fattah əl-Burhan ilə görüşüb.
Avromedia.az xəbər verir ki, Abdul-Fattah əl-Burhan Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşünün yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. O, Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına uğurla sədrlik edəcəyinə əminliyini vurğulayıb. Abdul-Fattah əl-Burhan Azərbaycanın inkişafının, ölkəmizdə olan sabitliyin və əmin-amanlığın, paytaxt Bakının gözəlliyinin onda böyük təəssürat yaratdığını deyib.
Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına üzv dövlətlərlə əməkdaşlığa mühüm əhəmiyyət verdiyini bildirib, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməsinin vacibliyini vurğulayıb. Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə üzv ölkələr arasında əməkdaşlığın inkişafına və həmrəyliyin gücləndirilməsinə töhfə verəcəyini deyib.
Görüşdə Azərbaycan ilə Sudan arasında iqtisadi-ticari, elm-təhsil və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ