İlham Əliyev dövlət və hökumət başçılarını qəbul edir - Canlı
Tarix: 25-10-2019, 11:37
Baxılıb: 124
Google+ Paylaş
Tumblr Paylaş

İlham Əliyev dövlət və hökumət başçılarını qəbul edir - Canlı

25-10-2019, 11:37

Bakıda Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının XVIII zirvə görüşü keçirilir.
Avromedia.az xəbər verir ki, ilk olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirin keçirildiyi Bakı Konqress Mərkəzinə gəlib. Prezident İlham Əliyev burada zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarını qarşılayır.
Bakı Konqres Mərkəzinə Belarus baş nazirinin müavini daxil olub. Daha sonra Oman, Koreya Xalq Demokratik Respublikası, Hindistan, İran, Əlcəzair, Əfqanıstan, Pakistan, Esvatini, Kuba, Türkmənistan, Venesuela və digər ölkələrin dövlət və hökumət başçıları daxil olub.
Bir azdan dövlət və hökumət başçıları rəsmi foto çəkdirəcəklər.
Daha sonra zirvə görüşü öz işinə başlayacaq.
Qeyd edək ki, iki gün davam edəcək sammit “Bandunq prinsipləri əsasında müasir dünyanın çağırışlarına birgə və adekvat cavabın verilməsi” mövzusunda keçirilir. Sammitdə sədrlik 3 il müddətinə Venesueladan Azərbaycana keçəcək.

N.SAFURA
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ