Cavad Zərif Bakıdan səslənib: ABŞ-ın İrana qarşı iqtisadi terroru beynəlxalq təhlükəsizliyi təhdid edir
Tarix: 23-10-2019, 17:30
Baxılıb: 592
Google+ Paylaş
Tumblr Paylaş

Cavad Zərif Bakıdan səslənib: ABŞ-ın İrana qarşı iqtisadi terroru beynəlxalq təhlükəsizliyi təhdid edir

23-10-2019, 17:30

 "ABŞ-ın İran xalqına qarşı iqtisadi terroru dünyada sülhü və beynəlxalq təhlükəsizliyi təhdid edir."
Avromedia.az xəbər verir ki, bunu İranın XİN rəhbəri Məhəmməd Cavad Zərif Qoşulmama Hərəkatının Bakıda keçirilən toplantısı çərçivəsində deyib.
İran XİN rəhbəri bu çıxışında Qoşulmama Hərəkatının toplantısına ev sahibliyi edən rəsmi Bakıya və Azərbaycan xalqına təşəkkür etdikdən sonra təşkilatın qarşısında duran məsələlərdən, "beynəlxalq qərarların hegemon dövlətlər tərəfindən pozlulması"ndan danışıb.
Cavad Zərif bildirib ki, ABŞ beynəlxalq ictimaiyyətin tanıyıb qəbul etdiyi nüvə sazişindən çıxmaqla, bu sazişdə olan dövlətləri təhdid etmək və İrana qarşı sanksiya tətbiq etməklə ölkə xalqına qarşı iqtisadi terroru həyata keçirir.
İran XİN rəhbəri əlavə edib ki, ABŞ-ın bu addımı beynəlxalq təhlükəsizliyi və dünyada sülhü təhdid edir.
N.SAFURAскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ