Məmmədyarov yeni səfirlə görüşdü
Tarix: 18-10-2019, 21:14
Baxılıb: 950
Google+ Paylaş
Tumblr Paylaş

Məmmədyarov yeni səfirlə görüşdü

18-10-2019, 21:14

Xarici İşlər naziri Elmar Məmmədyarov Qətər Dövlətinin Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Feysal bin Abdullah Həməd Abdullah Əl Hənzab ilə görüşüb.
XİN-in mətbuat xidmətindən Avromedia.az-a bildiriblər ki, görüşdə Azərbaycan və Qətər arasında ikitərəfli siyasi münasibətlərin inkişafından məmnunluq ifadə olunub və iqtisadi-ticarət, mədəniyyət və turizm sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğu vurğulanıb.
Səfir Feysal bin Abdullah Həməd Abdullah Əl Hənzab etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.
Qətər Dövləti ilə Azərbaycan arasında beynəlxalq təşkilatlar çərçivəsində mövcud olan əməkdaşlığı yüksək qiymətləndirən nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həllində ölkəmizin ədalətli mövqeyini dəstəklədiyinə görə Qətər tərəfinə təşəkkürünü çatdırıb.
Nazir Qətər vətəndaşları üçün viza rejiminin tam ləğv edilməsi haqqında sazişin təsdiq edilməsinin iki ölkə arasında turist axınının artmasına təkan verəcəyinə əminliyini ifadə edib.
Səfir Feysal bin Abdullah Həməd Abdullah Əl Hənzab diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib. O, ölkəsinin hər zaman qardaş və dost Azərbaycan xalqının yanında olduğunu bəyan edib. Nazir Elmar Məmmədyarov Səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ