Türkiyə “Barış pınarı” əməliyyatı ilə Orta Doğu projesinin qarşısını aldı
Tarix: 17-10-2019, 22:30
Baxılıb: 2 690
Google+ Paylaş
Tumblr Paylaş

Türkiyə “Barış pınarı” əməliyyatı ilə Orta Doğu projesinin qarşısını aldı

17-10-2019, 22:30

Yunus Oğuz: "Necə olur ki, Kataloniyadakı separatçılara iş kəsilir, həbs olunurlar, lakin Qarabağdakı separatçılara dəstək verilir?"
Bu günlərdə Azərbaycan daha bir mühüm tədbirə evsahibliyi etdi. Belə ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sayca Vİİ zirvə görüşü Bakıda keçirildi. Mühüm məsələlərin müzakirə edildiyi və qərarların qəbul olunduğu zirvə görüşü barədə danışan yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuz "OLAYLAR"-a verdiyi müsahibədə sözügedən təşkilatın gələcək perspektivləri barədə danışıb. Yunus Oğuz Türkiyənin Suriyada həyata keçirdiyi antiterror əməliyyatlarından da söz açıb.
-Yunus bəy, bu günlərdə Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Vİİ zirvə görüşü baş tutdu. Bu dəfəki zirvə görüşü bir sıra mühüm məqamları, Özbəkistanın təşkilata tamhüquqlu üzvlüyü, Macarıstanın müşahidəçi statusu ilə təmsil olunması ilə yadda qaldı. Ümumiyyətlə, TDƏŞ-in gələcək  perspektivlərini necə görürsünüz, bu türk dünyasına nə vəd edir?

-Türkdili Dövlətlərin Əməkdaşlıq Şurasının Vİİ zirvə görüşü mühüm müzakirələr və qərarların qəbulu ilə yadda qaldı. Özbəkistan təşkilatın tamhüquqlu üzvü oldu. Fikrimcə bu türk dünyasının gücünə bir qədər də güc qatacaq, onun uğurlu fəaliyyətini daha da inkişaf etdirəcək. Düşünürəm ki, tezliklə Türkmənistan da bu təşkilata qoşulacaq və onun üzvləri bir xeyli artacaq.  Çünki bu yaxınlarda ehtiyatda olan general polkovnik Kolesnikovun bir mötəbər konfransdan videoçıxışını izlədim.  Onun bu fikri maraqla qarşılandı ki, Rusiyanın 100-də 90-nı türk əsillidiir. Kolesnikovun yuxarı dairələrlə kifayət qədər əlaqələri var. Yəni, bunun üçün zəmin hazırlanır ki, Rusiya da bu birliyə qoşulsun. Ona görə Rusiyanın da bu şuraya qoşulacağını istisna etmirəm. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Koreya Respublikası Milli Assambleyasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən də təklif etdi ki, gələn il Türkiyədə keçiriləcək zirvə görüşündə Cənubi Koreya müşahidəçi kimi iştirak edə bilər. Eyni zamanda hesab edirəm ki, İran da bura qoşula bilər. Baxmayaraq ki, İranın əksəriyyəti türkdillidir, lakin bu ölkədə rəsmi dil fars dilidir. Ancaq müəyyən məsələlər var ki, bunu zamanla həll etmək olar. Sual oluna bilər ki, bu ittifaq, birlik nəyə görə cəlbedicidir? Ona görə ki, böyük bir ərazini əhatə edir. Qazaxıstandan tutmuş Avropanın şərqinə qədər, Türkiyənin Ədirnə, Avropa hissəsi bu coğrafiyaya daxildir. Ən əsası isə bu ərazilərdə həm təbii, həm də insan ehtiyatlarının böyük olmasıdır.  Bu gün Rusiyanın böyük bir ərazisində türkəsillilər yaşayırlar. Yakutlar, tatarlar, çuvaşlar, bulqarlar və s. Düşünürəm ki, onların da bu birliyə qoşulmaq haqqı olmalıdır. Zaman gələcək və bu zirvə görüşünə Ermənistan da qoşula bilər. Bunu istisna etmirəm. Bir gün Ermənistan rəsmiləri elan edərlər ki, bizim kökümüz də türklərdən gəlir. Ermənilər o qədər həyasız millətdirlər ki, bunu da edərlər. Ona görə də bu ölkələrin həm ərazi, həm təbii, həm də insan ehtiyatları, eləcə də Avropa ilə Asiyanı birləşdirmək imkanları, ən əsası bu dövlətlərdəki iqtisadi yüksəliş imkan verir ki, bu birliyi daha da genişləndirib çoxşaxəli və çoxəhatəli etsinlər. Təsadüfi deyil ki, Azərbaycandan keçən loqostik imkanlar buna şərait yaradır. Yəni istənilən halda bu ölkələrdən istər təbii ehtiyatlar, istər yük, istərsə də ərzaq məhsullarının daşınması vaxt və maddiyat baxımından sərfəlidir. Mən həmişə demişəm ki, ən böyük ehtiyatlar türk dövlətlərində olduğu halda, biz üzümüzü nə üçün Avropaya tuturuq? Bu gün Avropa faktiki olaraq enerji daşıyıcılarına görə, bu dövlətlərdən asılıdır. Dəniz nəqliyyatı və su hövzələrini nəzərə almasaq, Çinə və Hindistana giriş yolları məhz buradandır. Odur ki, bu ölkələrin böyük ehtiyatları, eyni zamanda böyük gələcəyi var. Əgər düzgün istiqamətləndirsək, Avropa Birliyi kimi güclü bir birlik yarada bilərik.

-Yəni o zaman artıq 5 millət, 6 dövlət yox, daha çox dövlət təmsil olunacaq bu qurumda?

-Bunu biz çoxdan deyirdik. Məsələn, Şimali Kipr Türk Respublikası da dövlətdir və bir dövlət olaraq onu da hökmən bura daxil etmək lazımdır. Eləcə də digər türk dövlətlərini bura cəlb etmək zəruridir. Təbii, ki, bunun üçün ilk növbədə əlaqələri gücləndirmək lazımdır. Məsələn, günümüzdə Türkmənistan qapalı bir dövlətdir və açılmaq istəmir.  Yaxud da açıla bilmir. Ona görə açıla bilmir ki. hələlik buna hazır deyil. Özbəkistan da bir qəfər qapalı idi, lakin Şavkat Mirziyoyev hakimiyyətə gələndən sonra həmin qadağaları götürdü və Özbəkistan qapalı dövlətdən açıq dövlətə çevrildi. İndi Özbəkistanın 50-dən artıq ölkə ilə vizasız gediş-gəlişi var. Bu açılım prosesində iqtisadi, turizm, mədəni əlaqələr kifayət qədər yaxın olmalıdır ki, dövlətlər bundan sonra həmin əlaqələri rəsmiləşdirsinlər.  Qazaxıstanla əlaqələr çox yüksək səviyyədədir. Özbəkistanla əlaqələr yeni bir mərhələyə qədəm qoyur. Məsələn, bu günə qədər Özbəkistanın Ermənistanda səfirliyi yoxdur. Bu gün Azərbaycan dövlətinin apardığı siyasət doğru, düzgündür və bu siyasət nəticəsində təkcə türkdilli respublikalar deyil, digər ölkələr də Azərbaycanın haqq səsini müdafiə edirlər. Bunu Belarusun timsalında görmək mümkündür və bu ölkə Ermənistanla eyni təşkilatda olmasına baxmayaraq Azərbaycanı müdafiə edir. Eləcə də artıq Rusiya ilə Ermənistan arasında əlaqələr uçuruma doğru gedir. Hələlik qırmızı xəttə yaxınlaşmasa da, yaxın vaxtlarda qırmızı xətt görünə bilər. Düzdür, Fransanı erməni fikirlərindən azad etmək, uzaqlaşdırmaq çox çətindir, ancaq işləyəndə, çalışanda olur. Məsələn, Fransa şəhərləri ilə Dağlıq Qarabağın separatçı rejimi arasında imzalanmış qardaşlaşmış şəhərlər layihəsinə edilən etiraz və əldə olunan fonunda bunu görə bilirik. Yəni hərtərəfli işləmək lazımdır və bunun da nüvə mərkəzi türk dövlətləri olmalıdır. Çünki həm Avropa, həm Çin, Hindistan, Afrika, həm də Cənubi Amerikanın bu dövlətlərə ehtiyacı var. Bu ehtiyac istər tarix, istər etnik tərkib, istərsə də təbii ehtiyatlar, geopolitik mövqeyinə görə özünü göstərir. Tarixən türkləri bir-biri ilə döyüşdürüb, bir-birinə düşmən ediblər. Məsələn Səfəvilərlə osmanlı və xarazimlərin, yaxud şeybanilərlə səfəvilərin, xarazimlərlə tatarların bir-birinə qarşı vuruşması timsalında bunu görürük. Tarixdə Osmanlı dövləti ən çox qızılbaşlar və Nadir şahla döyüşüb. Ancaq bunların hamısını bir yerə cəm edib nüvə mərkəzi yaradanda,  savaş gücü xaricə yönələcək.

-O halda türk dünyasına qarşı olan basqılar, təzyiqlər artmayacaq?

-Artıq bu basqılar artıb. Məsələn, Türkiyə ilə Rusiyanın arasını uzun müddət vurmaq, iki ölkə arasında problemlər yaratmaq cəhdi bunların tərkib hissəsi idi. Çünki, son 300 ildə Türkiyə ilə Rusiyanın bu səviyyədə müttəfiqliyi Atatürkün zamanını nəzərə almasaq birinci dəfə idi. Atatürk sosialist xəttini götürməsə də, ancaq dəstəkləyirdi. Məsələyə son 300 ildə bu iki dövlət arasında aparılan müharibələr prizmasından baxanda, ilk rəsmi müqavilələr, əməkdaşlıq sənədləri məhz son illərə təsadüf edir. Rusiya çarları, prezidentlərindən də ilk dəfə Türkiyəyə səfər edəni məhz Vladimir Putin oldu. İndiyə qədər heç bir rus çarı və ya prezidenti Türkiyədə olmayıb. Bunun özü də göstəricidir. Ona görə də düşünürəm ki, Türkiyə gücləndikcə, ona qarşı Avropadan, Amerikadan da basqılar olacaq. Ancaq Türkiyənin başqa çarəsi yoxdur və geri çəkilsə Türkiyə zəifləyəcək. Türkiyəni zəiflədib kiçik, idarə olunan bir dövlətə çevirmək, ondan torpaq almaq  istəyirdilər. Orta Doğu projesi də məhz bu məqsədə xidmət edirdi.  Əgər Fətulla Gülənin çevriliş cəhdi baş tutsaydı, indi bütün bunların heç biri baş verməyəcəkdi. PKK, kürd terrorçuların yığıldığı Suriyanın 35 kilometrlik bir ərazisinə daha 35 kilometr, bəlkə də daha çox, hətta 100 kilometr ərazini də Fətulla Gülən verəcəkdi və Orta Doğu projesinə görə Türkiyə ilə Suriya arasında Böyük Kürdüstan dövləti yaradılacaqdı. Bu hamı üçün zərərli idi və Azərbaycana da birbaşa təsiri olacaqdı.

-Belə çıxır ki, Türkiyə Suriyada antiterror əməliyyatlarına başlamaqla bunun qarşısını aldı?

-Əlbəttə, Türkiyə "Barış pınarı" əməliyyatı ilə bu planın baş tutmasının qarşısını aldı. Türkiyə bütün basqılara rəğmən ayağını dirəyib, sabahı fikirləşərək bu gün onun qarşısını aldı. Özü də kifayət qədər də uğurlu əməliyyat həyata keçirməklə. Təsəvvür edin, Birləşmiş Ştatlar prezidenti Donald Tramp deyib ki. Türkiyə əsgərləri sanki döyüşə yox, nahara gedirlər. Təbii ki, bunu da Trampa onun generalları deyib. Yəni, necə böyük döyüş qabiliyyətinə malikdirlər ki, bunu Amerikada da etiraf edirlər. Bu da onu göstərir ki, Türkiyə öz dövlətini qoruyur və onun əsgərləri də şəhid olmaqdan qorxmurlar, çəkinmirlər.

-Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Vİİ Zirvə görüşündə diqqət çəkən məqamlardan biri də ondan ibarət oldu ki, Türkiyənin "Barış pınarı" əməliyyatına dəstək nümayiş etdirildi. Siz necə fikirləşirsiniz, Türkiyənin Suriyada həyata keçirdiyi antiterror əməliyyatları hələ davam edəcəkmi? Ümumiyyətlə, Türkiyəni Suriyada nə gözləyir?

-Faktiki olaraq Türkiyə əməliyyatları bitirib və 35 kilometrə qədər irəliləyib. Bu artıq razılaşmadır. Hətta 100 metr artıq belə getsə geri çəkiləcək. Bəziləri deyirlər ki, 1-2 kilometr irəlilədi, sonra hansısa qüvvə təpki göstərdi və Türkiyə geri çəkildi. Əslində bu normaldır və danışıqlardan asılıdır.  Razılıq əldə edilib ki, öz dövlətimi və Suriyanın bütövlüyünü qorumaq şərti ilə 35 kilometr irəli gediləcək. Məhz bu uğurlu əməliyyatların nəticəsidir ki, Ağ Evin rəsmiləri tələm-tələsik Türkiyəyə gəldilər. Ancaq Rəcəb Tayyib Ərdoğan xarizmatik liderdir və geri çəkilmək niyyəti də yoxdur. Təbii ki, türk dövlətləri də ona dəstək verməlidirlər. Çünki Türkiyəyə dəstək verilməsə, eyni bəlalar digər türk dövlətlərinin də başına gələcək.

-Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "Qarabağın işğaldan azad edilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik" fikirləri Azərbaycanın da anoloji əməliyyatların Dağlıq Qarabağda həyata keçirməsi və rəsmi Bakıya dəstək verilməsi üçün zəmin yaradırmı?

-Əminəm ki, günlərin birində həmin antiterror əməliyyatları Qarabağda da həyata keçiriləcək. Maraqlısı odur ki, Avropanın Qarabağ probleminə olan münasibətində, eləcə də Avropada ikili standartla üzləşirik. Misal olaraq Kataloniyada həyata keçirlən həbsləri göstərək. Məhkəmə oldu və separatçılara, Kataloniya liderlərinə 13 ilə qədər iş verdilər və onları həbs etdilər. Ancaq Avropa buna susur. Lakin Qarabağda separatçılara, terrorçulara qarşı belə bir məhkəmənin olması tələb edilsə, o zaman aləm dəyər bir-birinə. Bu ikili standartın, ikili siyasətin nəticəsidir. Necə olur ki, Kataloniyadakı separatçılara iş kəsilir, həbs olunurlar, Qarabağdakı separatçılara dəstək verilir? Yəni özümüz öz əlimizlə antiterror əmıəliyyatı həyata keçirməsək Qarabağ problemi həll edilməyəcək. Əslində onlara Qarabağ probleminin həll edilməsi də sərf etmir. Həmçinin Rusiya və İrana da Qarabağ probleminin həlli sərf etmir.Olaylar
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ