Əliyevdən Qaxariyaya: Ölkələrimizin ərazi bütövlüyü...
Tarix: 9-10-2019, 23:41
Baxılıb: 1 112
Google+ Paylaş
Tumblr Paylaş

Əliyevdən Qaxariyaya: Ölkələrimizin ərazi bütövlüyü...

9-10-2019, 23:41

Biz beynəlxalq təşkilatlarda bir-birimizin ərazi bütövlüyünü dəstəkləyirik və beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edirik.
Avromedia.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Gürcüstanın Baş naziri Giorgi Qaxariya ilə görüşdə bildirib.
"Siz dəfələrlə Azərbaycanda səfərdə olmusunuz. Mən sizinlə keçirdiyim görüşləri böyük məmnunluq hissi ilə xatırlayıram. Bu dəfə siz qardaş ölkənin Baş Naziri kimi Azərbaycana səfər edirsiniz və sizin Baş nazir kimi ilk xarici səfərinizdir. Bu, bizi olduqca məmnun edir. Birinci səfəriniz Azərbaycana edilir və bu, bir daha onu göstərir ki, Azərbaycan Gürcüstan üçün çox önəmli və ən yaxın tərəfdaşlardan biridir. Bizim üçün də Gürcüstan ən yaxın tərəfdaşdır və ən yaxın ölkələrdən biridir. Bizi birləşdirən ortaq tarix, ortaq coğrafi məkan əlaqələrimizin inkişafı üçün gözəl təməldir. Müstəqillik dövründə əlaqələrimiz uğurla inkişaf edib və bu gün bir çox sahələri əhatə edir.
Şadam ki, iqtisadi sahədə gözəl nəticələr var. Azərbaycan Gürcüstan iqtisadiyyatına sərmayə qoyan ölkələr sırasında ilk yerlərdədir. Birgə həyata keçirdiyimiz neft-qaz və nəqliyyat layihələri ikitərəfli formatdan çıxıb və qlobal məna daşıyır. Əlbəttə ki, insanlar arasındakı əlaqələr xüsusi məna daşıyır. Gürcüstanda yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan gürcülər bu əlaqələrin inkişafında çox önəmli amildir", - İ.Əliyev qeyd edib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ