Prezident İlham Əliyev almaniyalı həmkarını təbrik edib
Tarix: 2-10-2019, 20:26
Baxılıb: 645
Google+ Paylaş
Tumblr Paylaş

Prezident İlham Əliyev almaniyalı həmkarını təbrik edib

2-10-2019, 20:26

Prezident İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayerə təbrik məktubu göndərib.
Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Almaniya Federativ Respublikasının milli bayramı - Alman Birliyi Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Azərbaycan-Almaniya əlaqələri geniş spektri əhatə edir. Ölkələrimiz arasında konstruktiv siyasi dialoq, səmərəli iqtisadi əməkdaşlıq və humanitar mübadilələr qarşılıqlı münasibətlərimizi səciyyələndirən mühüm amillərdəndir.
İnanıram ki, ikitərəfli və çoxtərəfli müstəvidə əməkdaşlığımız bundan sonra da davamlı şəkildə inkişaf edərək ölkələrimiz və xalqlarımız üçün hər cəhətdən faydalı olacaqdır.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Almaniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ