Ərdoğan: Ankaradakı görüşdə əsas diqqət İdlibə yönələcək
Tarix: 14-09-2019, 08:00
Baxılıb: 1 034
Google+ Paylaş
Tumblr Paylaş

Ərdoğan: Ankaradakı görüşdə əsas diqqət İdlibə yönələcək

14-09-2019, 08:00

Ankarada keçiriləcək üçtərəfli görüşdə əsas diqqət İdlibdəki proseslərə yönələcək.
Avromedia.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 16-sı Ankarada keçiriləcək Rusiya və İran liderləri ilə üçtərəfli görüş haqqında danışarkən deyib.
T.Ərdoğan bildirib: "Ankarada keçiriləcək üçtərəfli görüşdə əsas diqqət İdlibdəki proseslərə yönələcək. Müşahidə məntəqələri və terrorizmlə mübarizə məsələləri üzrə fikir mübadiləsi aparılacaq".
Türkiyə prezidenti qeyd edib ki, Ankara üçün ABŞ-ən PYD/YPG terrorçuları üzrə mövqeyi vacibdir: "Bu gün biz ABŞ bu məsələ üzrə mövqeyinin Türkiyənin maraqlarına cavab verdiyini deyə bilmərik".
T.Ərdoğan əlavə edib ki, Suriya məsələsi ABŞ prezidenti ilə Nyu-Yorkda keçiriləcək BMT-nin Baş Assambleyası çərçivəsində planlaşdırılan görüş zamanı da müzakirə ediləcək.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ