AKP-dən Davudoğlu ilə bağlı ŞOK QƏRAR
Tarix: 2-09-2019, 23:51
Baxılıb: 2 170

AKP-dən Davudoğlu ilə bağlı ŞOK QƏRAR

2-09-2019, 23:51

Türkiyə Ədalət və İnkişaf Partiyası (AKP) keçmiş xarici işlər naziri və baş nazir Əhməd Davudoğlunu sıralarından uzaqlaşdırır.
Avromedia.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, AKP-nin İdarə Heyəti Əhməd Davudoğlu, Ayhan Səfər Üstün, Abdullah Başcı və Səlcuq Özdağın partiya üzvlüyündən çıxarılması ilə bağlə tələbi intizam qurumuna göndərib.
Qeyd edək ki, son vaxtlar Türkiyə AKP-nin parçalanacağı iddiaları ilə çalxalanır. Türkiyə baş nazirinin keçmiş müavini, AKP-nin yaradıcılarından olan Əli Babacan partiyadan istefa verib. Onun Əhməd Davudoğlu ilə birlikdə yeni partiya yaratmağa hazırlaşdığı bildirilir. AKP-nin xeyli üzvünün, o cümlədən rəhbərlikdə təmsil olunan bir qrup şəxsin istefa verərək Ə.Babacanla Ə.Davudoğlunun yaradacaqları siyasi təşkilata qoşulacaqları gözlənilir.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ