Bu, rəsmi qəzet üçün qəbuledilməzdir - Professor
Tarix: 2-09-2019, 15:41
Baxılıb: 1 643

Bu, rəsmi qəzet üçün qəbuledilməzdir - Professor

2-09-2019, 15:41

Millət vəkili Siyavuş Novruzovla “Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqovun rəsmi qəzetlərdə başsağlığı yazısının verilməsi ilə bağlı mübahisəsi rəsmi medianı bir daha gündəmə gətirib.
Yaranan suallardan biri də ölkədə neçə rəsmi media orqanlarının fəaliyyətinin hansı səviyyədə olmasıdır.
Məsələ ilə bağlı Avromedia.az-a danışan BDU-nun Jurnalistika fakültəsinin “Jurnalistika nəzəriyyəsi və təcrübəsi” kafedrasının müdiri, professor Cahangir Məmmədli bildirib ki, Azərbaycanda rəsmi qəzetlər azlıq təşkil edir:
“Hazırda ölkədə 3 tip qəzet fəaliyyət göstərir: müstəqil, rəsmi dövlət orqanlarının qəzetləri və iqtidaryönlü media. Azərbaycanda yaranmış demokratik ab-hava xüsusilə mətbuatla bağlıdır. Çünki mətbuat demokratik dəyərləri formalaşdıran faktdır.
Rəsmi qəzetlərin informasiya siyasəti vətən və azərbaycançılığı qorumaq, təbliğ etməkdir. Azərbaycanda rəsmi qəzetlərin sayına gəldikdə isə hesab edirəm ki, onların sayı çox deyil”.
Professor rəsmi qəzetlərin dünya praktikasındakı vəziyyəti ilə bağlı misal çəkib:
“Məsələn, Fransada bir televiziya kanalı fəaliyyət göstərir. Belə ki, qalib gələn prezident hansı partiyadan namizədliyini irəli sürübsə, həmin televiziya kanalı da o partiyaya xidmət edir və onun ideologiyasını təbliğ edir. Bəzən biz “Qərb jurnalistikası” deyib küyə gedirik. Amma bildirim ki, bütün dünyada bu cür medialar var. Bu gün Qərb mətbuatında ideolojiləşməmiş media qurumu yoxdur”.
C.Məmmədli millət vəkili Siyavuş Novruzovla “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov arasında gedən mübahisələrə də münasibət bildirib:
“Rəsmi qəzetlərdə başsağlığı materiallarına 1 səhifə ayrılmasını düzgün hesab etmirəm. Bu, rəsmi qəzet üçün qəbuledilməzdir. Bir jurnalist kimi mən də bu cür haldan narahat olaram. Dünya praktikasında da bu çox az hallarda rast gəlinir”.
AJB-nin sədri, “Ayna” qəzetinin baş redaktoru, analitik Elçin Şıxlı isə bildirib ki, ölkədə rəsmi qəzet olmamalıdır:
“Hesab edirəm ki, ölkədə rəsmi qəzet fəaliyyət göstərməməlidir. Dünya praktikasından danışsaq, deyə bilərik ki, heç bir ölkədə rəsmi qəzet yoxdur. Yalnız keçmiş SSRİ-də bu cür qəzetlər olub. Hansısa qurum və ya nazirlik ola bilər ki, özünə məxsus mətbu orqan buraxsın”.
Ekspert başsağlığının qəzetdə verilməsi məsələsinə isə normal yanaşıb:
“Dünyanın hər yerində bütün qəzetlərdə başsağlığı verilir. Bizdə də başsağlığı istənilən qəzetdə verilə bilər”.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ