Ərdoğan və Tramp Suriyada yaranmış vəziyyəti müzakirə ediblər
Tarix: 29-08-2019, 08:49
Baxılıb: 1 038

Ərdoğan və Tramp Suriyada yaranmış vəziyyəti müzakirə ediblər

29-08-2019, 08:49

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı olub.
Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir. 
Qeyd edilir ki, dövlət başçıları Suriyada baş verən son hadisələrimüzakirə ediblər. İki ölkənin liderləri Suriyanın İdlib vilayətində dinc əhalinin müdafiəsi məsələsində razılığa gəliblər. 
Onlar həmçinin yeni humanitar böhrana yol verməmək üçün əməkdaşlığı davam etdirməyi razılaşdırıblar.
Rəcəb Tayyib Ərdoğan və Donald Tramp danışıqların gedişatında ikitərəfli əlaqələrə də
 toxunublar. 
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ