Bakı Rusiyaya nota verdi: Səfirimiz səfərdən imtina etdi
Tarix: 15-08-2019, 08:40
Baxılıb: 2 549
Google+ Paylaş
Tumblr Paylaş

Bakı Rusiyaya nota verdi: Səfirimiz səfərdən imtina etdi

15-08-2019, 08:40

Azərbaycan Rusiyaya nota verib.
Avromedia.az xəbər verir ki, bu barədə APA-ya Azərbaycanın Rusiyadakı səfirliyindən bildirilib.
Bildirilib ki, bu ilin 9 avqust tarixindən Rusiyanın Pyatiqorsk şəhərində “Maşuk-2019” Şimali Qafqaz Gənclər Forumu öz işinə başlayıb.
Forum çərçivəsində Ermənistanın Rusiyadakı səfirinin tədbir iştirakçıları ilə keçirilən görüşü zamanı o, Azərbaycana, ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı yolverilməz fikirlər səsləndirib ki, bu da Forumda iştirak edən “Gənclərin Bakı klubu” ictimai birliyinin sədri Sabir Rüstəmovun haqlı etirazına səbəb olub və xoşagəlməz insident baş verib.
Bununla bağlı S.Rüstəmov səfirliyə müraciət ünvanlayaraq hadisənin mahiyyətini açıqlayıb və səfirlikdən dəstək istəyib. Məsələnin ciddiliyini, Azərbaycan ictimaiyyətində doğurduğu əks-sədanı nəzərə alaraq, səfirlik Rusiyanın Xarici İşlər Nazirliyinə rəsmi nota ünvanlayıb.
Bundan əlavə, səfir Polad Bülbüloğlu, daha öncə əldə olunmuş razılığa baxmayaraq, Pyatiqorsk şəhərinə səfərdən, yuxarıda qeyd olunan Forumda iştirakdan və planlaşdırılmış görüşlərdən imtina edib.
Qeyd edək ki, erməni səfirin provokasiyası və ona verilən cavabla bağlı Sabir Rüstəmov saytımıza geniş açıqlama vermişdi.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ